...

Rusiya və Azərbaycan Qəbələ RLS-dən istifadə haqqında sazişin müddətinin uzadılması barədə danışıqlar aparır

Siyasət Materials 4 Oktyabr 2011 18:03 (UTC +04:00)
RF və Azərbaycan Rusiyanın raket hücumundan müdafiə sisteminə daxil olan Qəbələ RLS-dən istifadə haqqında sazişin müddətinin uzadılması barədə danışıqlar aparırlar.
Rusiya və Azərbaycan Qəbələ RLS-dən istifadə haqqında sazişin müddətinin uzadılması barədə danışıqlar aparır

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

RF və Azərbaycan Rusiyanın raket hücumundan müdafiə sisteminə daxil olan Qəbələ RLS-dən istifadə haqqında sazişin müddətinin uzadılması barədə danışıqlar aparırlar. Trend-in məlumatına görə, bu barədə kosmik qoşunlar komandanı general-leytenant Oleq Ostapenko çərşənbə axşamı mətbuat konfransında bildirib. Məlumatı İTAR-TASS yayıb.

Qəbələ RLS-dən istifadənin perspektivləri haqqında sazişin müddətinin 2012-ci ildə başa çatması ilə bağlı suala cavab verən Ostapenko deyib ki, danışıqlar prosesi gedir. "Bu yaxınlarda rusiyalı nazir Anatoli Serdyukov Azərbaycanda olub, - komandan deyib. - O, ölkə prezidenti və müdafiə naziri ilə danışıqlar aparıb".

Ostapenkonun sözlərinə görə, "Azərbaycan bu RLS-lə bağlı müəyyən tələblər irəli sürüb". "Onunla bağlı danışıqlar gedir", -komandan qeyd edib.

Qəbələ radiolokasiya stansiyası Rusiyanın raket hücumundan xəbərdarlıq sisteminin tərkib hissəsidir.

Stansiya Azərbaycanın Qəbələ rayonunun yaxınlığında yerləşir. RLS SSRİ-nin raket əleyhinə sisteminin ən vacib elementi olub. Azərbaycan müstəqillik əldə etdikdən və RLS onun mülkiyyətinə keçdikdən sonra Rusiya Azərbaycanın daxili siyasi həyatındakı gözlənilməz hadisələrə baxmayaraq, stansiyadan istifadəni davam etdirib.

Xəbər lenti

Xəbər lenti