Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/
Kibercinayətkarlığın hədəfləri Azərbaycana birbaşa yönəlməsə də, Azərbaycanda heç bir internet istifadəçisi bundan kənarda qalmır. Trend-in məlumatına görə, bunu cümə axşamı ATƏT-in Bakı Ofisinin təşkil etdiyi "Kibercinayətə qarşı mübarizə - hərtərəfli kibertəhlükəsizliyi təmin edən əsas amil kimi" milli ekspert konfransında çıxışı zamanı Ofisin rəhbəri Koray Tarqay deyib.
"Kibercinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq vacib şərtdir. Bu mübarizədə ən böyük çətinlik zərərli proqramların istifadəçilər tərəfindən yaradılmasıdır. Onların məlumatlandırılması vacib şərtdir. Elə buna görə də qlobal kibertəhlükəsizliyi təmin etmək üçün kibercinayətə qarşı mübarizəyə ictimaiyyət, hökumətlər və sənaye də cəlb olunmalıdır. Hər bir kompyuter istifadəçisi elə provayder tapmalıdır ki, kompyuterə virusun yoluxmayacağına təminat versin", - Tarqay bildirib.
Onun sözlərinə görə, konfransın məqsədi kibertəhlükəsizliyə hərtərəfli yanaşmanın bir hissəsi kimi, kibercinayətlə əlaqədar problemlər və onların həlli yolları haqqında məlumatlılığı artırmaqdır.
Koray Tarqay: Azərbaycanda heç bir internet istifadəçisi kibercinayətkarlığın hədəflərindən kənarda qalmır
Kibercinayətkarlığın hədəfləri Azərbaycana birbaşa yönəlməsə də, Azərbaycanda heç bir internet istifadəçisi bundan kənarda qalmır.
