...

Azərbaycan Prezidenti AŞ PA sədri ilə görüşüb

Siyasət Materials 10 Oktyabr 2011 19:04 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul edib.
Azərbaycan Prezidenti AŞ PA sədri ilə görüşüb

Azərbaycan, Bakı, 10 oktyabr /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlunu qəbul edib.

Trend-in məlumatına görə, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini qeyd edən Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu bu ilin aprelində Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun da yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının önəm verdiyi məsələlərlə bağlı tədbirlərin ölkəmizdə uğurla təşkil olunması münasibətilə şəxsən Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Bakı Beynəlxalq Humanitar Forumunun Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir növ davamı olduğunu vurğulayan dövlətimizin başçısı bu cür tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halı aldığını deyib. Prezident İlham Əliyev dəvəti qəbul edib Forumda iştirakına görə Mövlud Çavuşoğluna təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın uğurlu inkişafından məmnunluq ifadə edilib.

Xəbər lenti

Xəbər lenti