Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir M.Əliyev/
Milli Məclisin növbəti plenar iclası oktyabrın 18-də keçiriləcək. Bu barədə Trend-ə bazar ertəsi millət vəkili Zahid Oruc buldirib.
Onun sözlərinə görə, iclas Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyinə həsr olunacaq.
İclasda, həmçinin, Azərbaycanın eks-prezidentləri haqqında qanun layihəsinin müzakirə olunması gözlənilir.
Bəzi KİV-lərdə hərbi xidmət müddətinin artırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən Zahid Oruc bildirib ki, belə dəyişiklik gözlənilmir.