Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir A.Tağıyeva/
Misirin Baş nazirinin müavini Hazim Beblavi bu gün istefa verib. Bu barədə Trend çərşənbə axşamı "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Bebləvi bu vəzifəyə Misirin hazırkı Baş naziri İsam Şərif tərəfindən istefaya göndərilmiş Baş nazirin müavini Yəhya əl-Həmmalın yerinə təyin olunmuşdu.