...

Beynəlxalq Mülki Aviasiya Təşkilatında Azərbaycanın müstəqillik günü keçirilib (FOTO)

Siyasət Materials 13 Oktyabr 2011 08:43 (UTC +04:00)
Çərşənbə günü Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən Monreal şəhərində yerləşən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) baş qərargahında ziyafət təşkil olunmuşdur.
Beynəlxalq Mülki Aviasiya Təşkilatında Azərbaycanın müstəqillik günü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Çərşənbə günü Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə Azərbaycan Respublikasının Kanadadakı səfirliyi tərəfindən Monreal şəhərində yerləşən Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) baş qərargahında ziyafət təşkil olunmuşdur. Bu barədə səfirliyin məlumatında bildirilir.

Tədbirdə BMAT-ın baş katibi Raymond Benjamin, qeyd olunan təşkilatın məsul əməkdaşları, BMAT-a akkreditə edilmiş diplomatik missiyaların təmsilçiləri, Monreal şəhərində yaşayan Azərbaycan və türk icmalarının nümayəndələri iştirak etmişlər.

Tədbir zamanı çıxış edən Azərbaycan Respublikasının Kanadadakı səfiri, eyni zamanda, AR-in BMAT-dakı daimi nümayəndəsi Fərid Şəfiyev 1918-ci ilin 28 may tarixində müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradıldığını bildirərək, bir sıra Qərb ölkələrindən də öncə qadınların ilk dəfə seçmək və seçilmək hüququnun məhz ölkəmizdə tanındığını qeyd etmişdir.

Həmçinin, səfir Şəfiyev 1991-ci ildən etibarən ölkəmizin müstəqilliyinin bərpasından sonra respublikamızda gedən iqtisadi inkişaf, əldə edilən uğurlar barəsində iştirakçılara ətraflı məlumat vermişdir.

Ziyafətdə Azərbaycan milli mətbəxinin bəzi təamları da nümayiş etdirilmişdir. Milli mətbəx nümunələrinin nümayişi AR-in Dövlət Mülki Aviasiya Administrasiyası və Azərbaycan Hava Yollarının QSC-nin dəstəyi ilə keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti