Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E.Tarıverdiyeva/
ABŞ dövlət katibinin silahlara nəzarət haqqında sazişlərin icrası və yoxlanması məsələləri üzrə müavini Rouz Gettemüller Azərbaycana səfərə gəlib.
Trend-in məlumatına görə, ABŞ dövlət katibinin müavini oktyabrın 14-19-da Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcək.
Gettemüller üç Cənubi Qafqaz ölkəsinə səfəri çərçivəsində yüksəkvəzifəli şəxslərlə görüşlər keçirəcək.