...

Azərbaycan Prezidenti ABŞ dövlət katibinin birinci müavinini qəbul edib

Siyasət Materials 18 Oktyabr 2011 15:10 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ dövlət katibinin birinci müavini Uilyam Börnsü qəbul edib
Azərbaycan Prezidenti ABŞ dövlət katibinin birinci müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də ABŞ dövlət katibinin birinci müavini Uilyam Börnsü qəbul edib.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, energetika sahəsində qlobal layihələr və təşəbbüslərlə bağlı birgə əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanda beynəlxalq sülhməramlı missiyanın tərkibində uğurlu fəaliyyəti qeyd edildi.

Xəbər lenti

Xəbər lenti