...

Azərbaycan və Mərakeş Krallığının Ədliyyə nazirlikləri arasında İşçi Proqram imzalanıb

Siyasət Materials 28 Oktyabr 2011 10:56 (UTC +04:00)
Azərbaycan və Mərakeş Krallığının Ədliyyə nazirlikləri arasında İşçi Proqram imzalanıb.
Azərbaycan və Mərakeş Krallığının Ədliyyə nazirlikləri arasında İşçi Proqram imzalanıb

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan və Mərakeş Krallığının Ədliyyə nazirlikləri arasında İşçi Proqram imzalanıb.

Azərbaycan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, sənədi ədliyyə naziri Fikrət Məmmədov Mərakeş Krallığına səfəri zamanı imzalayıb.

Məmmədov bu ölkənin ədliyyə nazirinin dəvəti ilə Mərakeşdə səfərdədir.

Sənəd iki ölkənin Ədliyyə nazirlikləri arasında bağlanmış Sazişin icrası məqsədilə 2012-ci ildə ədliyyə və məhkəmə sistemi ilə tanışlıq, elektron ədliyyə və müasir texnologiyaların tətbiqi, birgə tədrislə bağlı həyata keçiriləcək tədbirləri nəzərdə tutur.

Səfər çərçivəsində Mərakeş Krallığı Parlamentinin Nümayəndələr palatasının sədri A.Radi ilə görüş keçirilib.

Azərbaycan nümayəndə heyəti Mərakeşin Ali Məhkəməsinə baş çəkərək, məhkəmənin sədri M.Faress və Baş prokuroru M.Maddah ilə görüşüb, bu qurumun fəaliyyəti ilə tanış olub, faydalı fikir mübadiləsi aparılıb.

Nümayəndə heyəti Kasablanka, Tanjer, Meknes apellyasiya və birinci instansiya məhkəmələrinin fəaliyyəti ilə tanış olub, habelə Mərakeşdə yeni seçilmiş hakimlərə xidməti vəsiqələri təqdimetmə mərasimində iştirak edib.

Xəbər lenti

Xəbər lenti