Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir S.Ağayeva/
Xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycana yeni təyin olunmuş səfiri Salem Xəlifə əl-Eğfəli qəbul edib.
Trend-in XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, səfir əvvəlcə Azərbaycan tərəfini BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib. Səfir bunun Azərbaycan üçün böyük diplomatik qələbə olduğunu söyləyib və ölkəyə uğurlar arzulayıb.
Öz növbəsində, səfir Salem Xəlifə əl-Eğfəli Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdulla bin Zayed Əl Nahyanın salamlarını Məmmədyarova çatdırıb.
Məmmədyarov Azərbaycanın BƏƏ-nin hər zaman dəstəyini hiss etdiyini qeyd edib və Azərbaycan-BƏƏ əlaqələrinin beynəlxalq təşkilatlar çərçivəsində və ikitərəfli əsaslarda ən yüksək səviyyədə olduğunu bildirib. Nazir təcrübəli səfirin Azərbaycana təyin edilməsinin BƏƏ tərəfindən bizim ölkəyə verilən əhəmiyyətin nəticəsi kimi qeyd edib və səfir Salem Xəlifə əl-Eğfəlinin təyinatının iki ölkə arasında münasibətlərə töhfə verəcəyinə inandığını vurğulayıb. Məmmədyarov da salamlarını həmkarı Şeyx Abdulla bin Zayed Əl Nahyana yetirib.
Elmar Məmmədyarov BƏƏ-nin Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov cümə günü Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycana yeni təyin olunmuş səfiri Salem Xəlifə əl-Eğfəli qəbul edib.