...

TÜRKPA Qırğızıstanda keçirilmiş prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb

Siyasət Materials 31 Oktyabr 2011 15:51 (UTC +04:00)
TÜRKPA beynəlxalq müşahidəçilər missiyası oktyabrın 30-da Qırğızıstanda keçirilmiş prezident seçkiləri ilə bağlı seçkilərin nəticələrinə dair yekun rəyi açıqlayıb.
TÜRKPA Qırğızıstanda keçirilmiş prezident seçkiləri ilə bağlı rəyini açıqlayıb

Azərbaycan, Bakı, 31 oktyabr /Trend, müxbir M.Əliyev/

TÜRKPA beynəlxalq müşahidəçilər missiyası oktyabrın 30-da Qırğızıstanda keçirilmiş prezident seçkiləri ilə bağlı seçkilərin nəticələrinə dair yekun rəyi açıqlayıb. Bu barədə Trend-ə bazar ertəsi TÜRKPA-dan bildirilib.

TÜRKPA müşahidəçiləri seçkilərin xırda detallar istisna olmaqla, azad, şəffaf və ədalətli keçdiyini, beynəlxalq hüquq normalarına cavab verdiyini bəyan edib. Seçkilərdə hər bir namizədə eyni şəraitin yaradılmasını, seçki məntəqələrində seçicilərə heç bir müdaxilə olunmadığını və seçicilərin aktivliyini vurğulayan TÜRKPA mandatı seçkilərin nəticələrini rəsmi olaraq tanıdığını bildirib.

TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının tərkibində Azərbaycan, Qazaxıstan, Türkiyə parlamentlərinin üzvləri və TÜRKPA Katibliyinin əməkdaşları iştirak edib.

Qırğızıstanın fəaliyyətdə olan Baş naziri Almazbek Atambayev seçicilərin səslərinin 50 faizindən çoxunu yığaraq ölkədə keçirilən prezident seçkilərində qalib gəlib.

Qırğızıstanın seçkilərə dair Konstitusiya qanununa əsasən, qələbə üçün namizəd səslərin 50 faizindən çoxunu toplamalıdır. Seçkilərdə iştirak etmiş 1,827 miyon vətəndaşdan 915,068 mini Atambayevə səs verib ki, bu da səslərin 50 faizindən çoxunu təşkil edir.

Xəbər lenti

Xəbər lenti