...

Van şəhərində baş verən zəlzələdə dağılmış binalarla bağlı ciddi təhqiqat aparılır - Türkiyənin ədliyyə naziri

Siyasət Materials 2 Noyabr 2011 10:52 (UTC +04:00)
Van şəhərində baş verən zəlzələdə dağılmış binalarla bağlı ciddi təhqiqat aparılır. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin ədliyyə naziri Sədullah Ərgin çərşənbə günü jurnalistlərə bildirib.
Van şəhərində baş verən zəlzələdə dağılmış binalarla bağlı ciddi təhqiqat aparılır - Türkiyənin ədliyyə naziri

Azərbaycan, Bakı, 2 noyabr / Trend müxbir K.Zərbalıyeva/

Van şəhərində baş verən zəlzələdə dağılmış binalarla bağlı ciddi təhqiqat aparılır. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Türkiyənin ədliyyə naziri Sədullah Ərgin çərşənbə günü jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Türkiyədə 2005-ci ildə cinayət qanunvericiliyinə önəmli dəyişikliklər edilib ki, hazırda onun müddəalarına görə, ciddi xəsarət almış binaların tikintisinə məsul olan şəxslər barədə araşdırmalar davam edir.

"Bunun nəticələrini tezliklə görəcəksinizz", - nazir deyib.

Türkiyə Nazirlər Kabinetinin açıqladığı son rəqəmlərə görə, zəlzələ nəticəsində 600-dən çox adam ölüb, 4 152 nəfər isə yaralanıb.

Van əyalətində oktyabrın 23-də 7,2 bal gücündə zəlzələ olub.

Xəbər lenti

Xəbər lenti