Azərbaycan, Bakı, 15 noyabr /Trend/
Prezident İlham Əliyev çərşənbə axşamı "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı" təsdiq edilsin (əlavə olunur).
Bu sərəncamda qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etməlk tapşırılıb.