...

Millət vəkili Argentinada "Azərbaycan regional və qlobal siyasətdə" konfransında iştirak edəcək

Siyasət Materials 19 Noyabr 2011 14:21 (UTC +04:00)
Asim Mollazadə Argentinanın Beynəlxalq Əlaqələr Şurasının Buenos-Ayresdə təşkil etdiyi "Azərbaycan regional və qlobal siyasətdə" mövzusunda konfransda iştirak edəcək.
Millət vəkili Argentinada "Azərbaycan regional və qlobal siyasətdə" konfransında iştirak edəcək

Azərbaycan, Bakı, 19 oktyabr /Trend, müxbir M.Əliyev/

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Argentinanın Beynəlxalq Əlaqələr Şurasının Buenos-Ayresdə təşkil etdiyi "Azərbaycan regional və qlobal siyasətdə" mövzusunda konfransda iştirak edəcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü DİP-in mətbuat xidmətindən bildirilib.

Millət vəkili Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş konfransda "Azərbaycanın inkişaf strategiyası" mövzusunda məruzə ilə çıxış edəcək.

Mollazadə səfər çərçivəsində Argentina Milli Konqresinin Təmsilçilər Palatasında, Senatında, bir sıra araşdırma mərkəzlərində görüşlər keçirəcək. O, həmçinin Argentinanın aparıcı KİV rəhbərləri ilə görüşərək, ölkəmizlə bağlı məlumatlar verəcək, onları maraqlandıran sualları cavablandıracaq.

Xəbər lenti

Xəbər lenti