...

Rusiyada yaşayan azərbaycanlıların 3-cü qurultayı keçiriləcək

Siyasət Materials 21 Noyabr 2011 17:01 (UTC +04:00)
Noyabrın 25-də Rusiyada yaşayan azərbaycanlıların 3-cü qurultayı keçiriləcək.
Rusiyada yaşayan azərbaycanlıların 3-cü qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.Mehdiyev/

Noyabrın 25-də Rusiyada yaşayan azərbaycanlıların 3-cü qurultayı keçiriləcək.

"Ümumrusiya Azərbaycanlıları Konqresinin nizamnaməsinə əsasən, hər beş ildən bir Rusiyada yaşayan azərbaycanlıların qurultayı keçirilir. Budəfəki qurultayda nizamnaməyə bir neçə dəyişiklik müzakirə olunacaq, Rusiyada keçiriləcək seçkilərdən əvvəl bəyanat veriləcək, fikir bildiriləcək, həmçinin mərkəzi şuraya seçkilər keçiriləcək, mərkəzi şuranın, prezidiumun yeni üzvləri və yeni rəhbərliyi seçiləcək", - bunu bazar ertəsi Trend-ə Ümumrusiya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü İlqar Hacıyev bildirib.

Onun sözlərinə görə, artıq 10 ildir ki, Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresi fəaliyyət göstərir. Artıq Rusiyanın 72 regionunda Konqresin regional bölmələri yaradılıb, Konqres Rusiyanın 90 faizində təmsil olunur.

"Biz artıq Rusiyada yaşayan azərbaycanlıların ümumi fəaliyyət proqramı üzərində çalışırıq. Əgər azərbaycanlılar bir yerdə olarsa, verilən bəyənatların da gücü, qüvvəsi olur. Ən vacib işlərimizdən biri Rusiyada yaşayan azərbaycanlıların imicinin daha da yüksək olması, Dumada təmsil olunmasıdır", - Hacıyev deyib.

Onun sözlərinə görə, 10 ildir ki, azərbaycanlıların Dumada heç bir deputatı yoxdur.

Hacıyev bildirib ki, hər qurultayda olduğu kimi, bu qurultayda da Azərbaycanın ən ağır problemi olan Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq.

"Artıq 10 ildir ki, Rusiyada yaşayan azərbaycanlıların mərkəzi fəaliyyət göstərir. Bu, artıq bizim mədəniyyət mərkəzimizə çevrilib. Burada tədbirlərimiz olur, konsertlər proqramlar keçiririk, Azərbaycan filimlərini nümayiş etdiririk", - o deyib.

Xəbər lenti

Xəbər lenti