...

Azərbaycan Prezidenti Tbilisi şəhərinin merini qəbul edib

Siyasət Materials 28 Noyabr 2011 15:23 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul edib
Azərbaycan Prezidenti Tbilisi şəhərinin merini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 28-də Tbilisi şəhərinin meri Qiqi Uqulavanı qəbul edib.

Trend-inTbilisi şəhərinin meri Qiqi Uqulava Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfəri zamanı Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu bildirdi.

Prezident İlham Əliyev ölkəmizdə, o cümlədən paytaxtımızda abadlıq və quruculuq işlərinə, eyni zamanda, tarixi binaların əvvəlki görkəmini qoruyub saxlamaqla əsaslı şəkildə bərpa olunmasına böyük önəm verildiyini qeyd etdi.

Dövlətimizin başçısı Prezident Mixeil Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti