...

ABŞ səfirliyi yazıçı Rafiq Tağının qətli ilə bağlı məlumat yayıb

Siyasət Materials 29 Noyabr 2011 09:34 (UTC +04:00)
Amerika Birləşmiş Ştatları Bakıda yazıçı Rafiq Tağının bu yaxınlarda baş vermiş qətlini pisləyir və Tağının ailəsinə, dostlarına, həmkarlarına və oxuyucularına dərin başsağlığı verir
ABŞ səfirliyi yazıçı Rafiq Tağının qətli ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 29 noyabr / Trend müxbir M.Əliyev/

Amerika Birləşmiş Ştatları Bakıda yazıçı Rafiq Tağının bu yaxınlarda baş vermiş qətlini pisləyir və Tağının ailəsinə, dostlarına, həmkarlarına və oxucularına dərin başsağlığı verir.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin çərşənbə axşamı yaydığı məlumatda bildirilib.

Səfirliyin məlumatında bu cəzalandırılmalı olan qətlin ədalət tələb etdiyi vurğulanır və qeyd olunur ki, azadlıqlar hər bir sağlam demokratiya sisteminin əsas hissələridir.

"Biz Azərbaycan hökumətinin cənab Tağının məruz qaldığı hücumu araşdırmaq məqsədilə xüsusi işçi qrupu yaratmasını alqışlayırıq və bu dəhşətli cinayəti həyata keçirmiş canilərin məhkəmə qarşısına çıxartmaq üçün bütün resurslardan istifadə etməyə dəvət edirik", - məlumatda bildirilir.

2011-ci il noyabrın 19-da saat 22:00 radələrində işdən evə qayıdan 8 saylı Təcili Tibbi Yardım stansiyasının həkimi, yazıçı-publisist Tağıyev Rafiq Nəzir oğluna yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri yetirilib. Tağıyev noyabrın 23-də xəstəxanada dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti