...

Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Beynəlxalq Dəniz Təşkilatının Plenar iclasında iştirak edib (FOTO)

Siyasət Materials 30 Noyabr 2011 11:06 (UTC +04:00)
Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (BDT) 27-ci Assambleyasının Plenar iclasında iştirak edib.
Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Beynəlxalq Dəniz Təşkilatının Plenar iclasında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ADDA) rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (BDT) 27-ci Assambleyasının Plenar iclasında iştirak edib.

ADDA-nın mətbuat xidmətindən çərşənbə günü Trend-ə bildirilib ki, assambleyanın Plenar iclasında Beynəlxalq Dəniz Təşkilatının növbəti 2 il üçün strateji planı, təşkilatın keçən dövr üçün maliyyə auditinin nəticələri, BDT-yə üzv olan dövlətlərdə dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə riayət olunması vəziyyətinin araşdırılması üzrə auditin keçirilməsi, habelə dövlətlərin Dəniz administrasiyalarının fəaliyyətinin qiymətləndirilməsi məqsədilə tərtib edilmiş yeni cədvəl təsdiq edilib.

Eyni zamanda, Plenar iclas zamanı dəniz nəqliyyatı sahəsində mütəxəssislərin hazırlığına dair məsələlər müzakirə edilib, dəniz quldurluğu hallarının qarşısının alınması istiqamətində Beynəlxalq Dəniz Təşkilatı tərəfindən BMT və NATO kimi nüfuzlu beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilmiş tədbirlər barədə üzv dövlətlərə məlumat verilib, təşkilatın Dəniz təhlükəsizliyi, Dəniz ətraf mühitinin mühafizəsi, Hüquq və digər komitələrinin hesabatları dinlənilib, eləcə də dəniz nəqliyyatının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qətnamələr qəbul edilib və Beynəlxalq Dəniz Təşkilatının icraçı orqanı olan Şuranın üzvlüyünə seçkilər keçirilib.

Həmçinin Assambleya tərəfindən Beynəlxalq Dəniz Təşkilatının baş katibi vəzifəsinə yeni seçkilər keçirilib və adıçəkilən təşkilatın Dəniz təhlükəsizliyi bölməsinin direktoru, Yaponiya təmsilçisi Koji Sekimizu Beynəlxalq Dəniz Təşkilatının yeni baş katibi seçilib.

Xəbər lenti

Xəbər lenti