Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir M.Əliyev/
Azərbaycan və Gürcüstan arasında, sərhəd bölgədə yerləşən qədim alban mədəniyyəti nümunələrinin kimə məxsus olduğu müvafiq qurumların xətti ilə dəqiqləşdirilir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Həsənov deyib ki, xüsusilə də sərhəddə yerləşən və tərəflər arasında mübahisəli hesab olunan "David Qareci" məbədi ilə bağlı məsələ üzərində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası işləyir.
Həsənovun sözlərinə görə, hazırda Azərbaycan dövləti öz milli mədəniyyətinə, ənənələrinə, tarixinə sahib olduğu kimi, Azərbaycan ərazisində Qafqaz Albaniyasına aid olan tarixi abidələrə sahiblik istiqamətində də fəaliyyət göstərir.
"Sovetlər dövründə albanşünaslığın zəif olmasından, Azərbaycan hökumətinin alban abidələrini zəif mühafizə etməsindən bəhrələnərək bu alban abidələrinə sahib olmağa çalışıblar. Bu abidələrin bəziləri ilə bağlı provaslav və digər təriqətlərin, dinlərin nümayəndələri tərəfindən özününküləşdirilməyə cəhdlər olub. Müəyyən anlamda bəzi yerlərdə buna nail olublar", - Həsənov vurğulayıb.
Azərbaycan və Gürcüstan sərhədində yerləşən qədim alban mədəniyyəti nümunələrinin kimə məxsus olduğu dəqiqləşdirilir
Azərbaycan və Gürcüstan arasında, sərhəd bölgədə yerləşən qədim alban mədəniyyəti nümunələrinin kimə məxsus olduğu müvafiq qurumların xətti ilə dəqiqləşdirilir.
