...

Qazaxıstanda seçki qanunvericiliyinin kobud pozulması halları qeydə alınmayıb

Siyasət Materials 15 Yanvar 2012 12:49 (UTC +04:00)
Hazırda Qazaxıstanda parlament seçkilərində səsvermə zamanı nöqsanlar və seçki qanunvericiliyinin pozulması halları müşahidə olunmur.
Qazaxıstanda seçki qanunvericiliyinin kobud pozulması halları qeydə alınmayıb

Qazaxıstan, Astana, 15 yanavar /Trend, müxbir L.Podolyak/

Hazırda Qazaxıstanda parlament seçkilərində səsvermə zamanı nöqsanlar və seçki qanunvericiliyinin pozulması halları müşahidə olunmur. Trend-in məlumatına görə, bu barədə "Vahid Rusiya" fraksiyası sədrinin birinci müavini, Rusiya Dövlət Dumasının üzvü Vladimir Pextin bildirib.

"Biz seçki məntəqələrində qanunvericiliyin yerinə yetirilməsini müşahidə edirik. Hələki səsvermə zamanı nöqsanlar və seçki qanunvericiliyinin pozulması halları müşahidə olunmur", - Pextin deyib.

Qazaxıstanda Məclisə və Məsləhətə seçkilər üzrə səsvermə bu gün Astana vaxtı ilə saat 07:00-də başlayıb və 20:00-dək davam edəcək.

Trend-in məlumatına görə, seçkilərin ilkin nəticələri artıq yanvarın 16-da məlum olacaq.

Seçkilərdə "Nur Otan" Xalq-Demokratik Partiyası, "Ədalət" Partiyası, Qazaxıstan Vətənpərvərləri Partiyası, Ümummilli Sosial-Demokrat Partiyası, "Ak Jol" Partiyası, Qazaxıstan Xalq Kommunist Partiyası, "Ayıl" Sosial-Demokrat Partiyası iştirak edir

Xəbər lenti

Xəbər lenti