...

Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşü gələn ay keçiriləcək

Siyasət Materials 16 Yanvar 2012 17:12 (UTC +04:00)
Yanvarın 17-də Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin gözlənilən üçtərəfli görüşü gələn aya keçirilib.
Azərbaycan, Türkiyə və İran XİN rəhbərlərinin görüşü gələn ay keçiriləcək

Azərbaycan, Bakı, 16 yanvar /Trend, müxbir S.Ağayeva/

Yanvarın 17-də Naxçıvanda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin gözlənilən üçtərəfli görüşü gələn aya keçirilib. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.

Onun sözlərinə görə, görüşün təxirə salınması sabah Şimali Kipr Türkiyə Cümhuriyyətinin ilk prezidentinin dəfn edilməsi ilə bağlıdır. Görüşün təxirə salınması xahişi ilə Türkiyə tərəfi müraciət edib.

Bu formatda ilk görüş ötən ilin aprelində İranın Urmiya şəhərində baş tutub.

Xəbər lenti

Xəbər lenti