...

ABŞ dövlət katibi köməkçisinin müavini Bakıya gəlir

Siyasət Materials 17 Yanvar 2012 10:29 (UTC +04:00)
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin çərşənbə axşamı Azərbaycana gəlir.
ABŞ dövlət katibi köməkçisinin müavini Bakıya gəlir

Azərbaycan, Bakı, 17 yanvar / Trend, müxbir V.Javoronkova/

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin çərşənbə axşamı Azərbaycana gəlir. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Çərşənbə və cümə axşamı Rubin Azərbaycanın rəsmi şəxsləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirməyi planlaşdırır.

Görüşlər zamanı tərəflərin aktual beynəlxalq məsələləri və ikitərəfli münasibətlərin inkişafını müzakirə edəcəkləri gözlənilir.

Son vaxtlar ABŞ-ın Rusiyadakı səfirinin köməkçisi vəzifəsində çalışan Rubin iyulda ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini təyin edilib. Onun səlahiyyətlərinə Cənubi Qafqaz, Türkiyə, Yunanıstan və Kiprə kuratorluq etmək daxildir.

Səriştəli diplomat Erik Rubin bu vəzifədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini təyin olunan Tina Kaydanovanı əvəz edir.

Xəbər lenti

Xəbər lenti