...

Azərbaycan Prezidenti Gürcüstan parlamentinin sədr müavinini qəbul edib (FOTO)

Siyasət Materials 17 Yanvar 2012 15:36 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti Gürcüstan parlamentinin sədr müavinini qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 17 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Gürcüstan parlamentinin sədr müavini, Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Fridon Toduanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluğunu bildirdi. Ölkələrimiz arasında əməkdaşlığın siyasi, iqtisadi və investisiya qoyuluşu sahələrində yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd etdi.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Fridon Todua ölkəmizə ikinci dəfə səfər etdiyini və ötən dövr ərzində Azərbaycanda çox böyük inkişaf proseslərinin şahidi olduğunu dedi.

Xəbər lenti

Xəbər lenti