...

Ermənilərin antirusiyaçılığı nəsildəyişməyə məruz qalsa da, mahiyyətini dəyişməyib

Siyasət Materials 19 Yanvar 2012 12:41 (UTC +04:00)

Mübariz Əhmədoğlu, politoloq, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru

SSRİ rəhbəri olmuş Mixail Qorbaçovun iqtisadi müşaviri, akademik Abel Aqanbekyan müasir dövrdə erməni antirusiyaçılığının bünövrəsini qoydu. SSRİ-nin dağılması üçün Qərbin hazırladığı iki istiqaməti - iqtisadi və etniki problemləri Sovet məkanında birləşdirdi: guya Qarabağ ermənilərinin erməni olduğu üçün Ermənistana birləşməsi SSRİ üçün əlavə iqtisadi fayda gətirəcəkdir. Aqanbekyan erməni diasporu ilə əlaqəli idi və Qorbaçovun həyat yoldaşı Raisa Qorbaçovanın da erməni diasporu ilə əlaqələrini qura bilmişdi. Sonralar Vladimir Stupişin və Vladimir Kazimirov kimi diplomatlar ermənilərin SSRİ-nin dağılması istiqamətində törətdikləri cinayətin gizlədilməsinin bünövrəsini qoydular. Guya Ermənistan Qafqazda Rusiyanın yeganə strateji və hərbi müttəfiqidir. Bu iki diplomatın fəaliyyətindən istifadə edən ermənilər gürcüləri və azərbaycanlıları mümkün qədər Rusiyadan uzaqlaşdırmağa başladılar və buna nail oldular.

MDB institutunun direktoru Konstantin Zatulin, ermənilərin hesabına ABŞ-dakı tədqiqat mərkəzlərində iş tapmış Sergey Markedonov, SSRİ prokurorluğu orqanlarında işlədiyi dövrdə erməniləri himayə etmiş Viktor Krivopuskov Ermənistan-Rusiya dostluğunu ətrafdakı digər dövlətlərlə düşmənçilik fonunda daha yeni səviyyəyə qaldırdılar. Bunlardan sonra A.Zaxarov, M.Aleksandrov, A.Areşov səhnəyə atıldılar.

İndi hal-hazırda sonuncu üç şəxs daha aktiv fəaliyyətdədirlər. Ermənistanın marağını Rusiyadan qat-qat üstün tutduğlarını dəfələrlə nümayiş etdirmişlər.

SSRİ-nin dağılması təbii resursları, yaxşı coğrafi mövqeyi olmayan və işləməyə meylli olmayan əhaliyə malik Ermənistan üçün qazanc mənbəyi idi. Çünki ermənilərin SSRİ qarşısında ödənilməmiş mənəvi ehtiyacları qalmamışdı. SSRİ xaricdə yaşayan erməniləri dəfələrlə Ermənistanda yaşamağa dəvət etmiş və şərait yaratmışdı. SSRİ rəhbərliyi bu ermənilərdən ciddi şəkildə antitürkiyə faktor kimi istifadə etmək niyyətində idi. Lakin dünya erməniləri Ermənistandakı şəraitlə tanış olduqdan sonra xaricdə yaşaya-yaşaya SSRİ-ni Türkiyəyə qarşı müharibəyə sürükləməyi üstün tutdular.

Millətçilik və dini ideologiyanın əleyhinə olan SSRİ-də milli və ya dini məzmunlu abidənin qurulmasına Mərkəzi Komitənin qərarını almış yeganə Sovet respublikası Ermənistan idi. Ermənistanda indiki "erməni soyqırımı" abidəsi 1965-ci ilə Sov.İKP MK-nın büro (o zaman Rəyasət Heyəti) qərarı ilə tikilmişdir. Həmişə mərkəzi büdcədən ayrılan vəsait hesabına yaşamış Ermənistan SSRİ-ni dağıtmağa başladığı ərəfədə Ermənistan 2 illik dövlət büdcəsi miqdarında vəsait əldə etdi. İndi bu vəsait qurtarıb və Ermənistanın 4.5 milyard dollar xarici borcu var.

Ermənilərin antirusiyaçılığının ən pik nöqtəsi Ermənistanda rus dilinə hücumlar oldu. Bu dövrdə Zatulin birinci skripkada idi, Amma Stupişindən başqa bütün rus millətindən olan ermənipərəstlər bu prosesə bəzən susmaqla, bəzən də qızışdırmaqla dəstək verdilər.

Ermənilər siyasi və maliyyə dividenti qazanmaq üçün ya Rusiyanın adından Azərbaycan, Gürcüstan və Türkiyə ilə qanlı münaqişəyə başlamalı idi, ya da Qərbdən bu dividentləri əldə edib Rusiyanı parçalamaqla məşğul olmalı idi. İndi Rusiya Ermənistanın qonşuları ilə ədavət siyasəti aparmaq niyyətində deyil. Ona görə də Ermənistan Qərbi Rusiyanı parçalamağa dəvət etdi.

Ermənilərin konfliktogenliyi, hər hansı bir dövləti zəiflətmək uğrunda mübarizələri tarixi vərdişdir. İndi Rusiyadakı ermənilər iki qrupa bölünüb: bir qrupu müxalifəti dəstəkləyir, digər qrup isə hakimiyyəti. Bunun nə olduğunu başa düşmək üçün SSRİ dağıldıqdan sonra ermənilərin rəftarını yada salmaq lazımdır. Amma yeni misallar da ermənilərin mahiyyətini yaxşı izah edir:
- RF Dövlət Dumasının keçmiş deputatı, erməni mənşəli Semen Baqdasarov deputat olarkən özünü velikorus millətçisi kimi göstərdiyi halda, deputat seçilməyəcəyini bildikdən sonra Rusiyanı, eləcə də onun MDB məkanındakı əsas hərbi-siyasi qrupu olan KTMT-ni dünyanın bütün günahlarında ittiham etdi;
- "Rus dövlətçiliyinəvə ya SSRİ-nin bərpasına" xidmət edən Araik Sərkisyan (General Leonid İvaşovun tərəfdaşı) Putini araqarışdıranlıqda ittihamladı, hətta Rusiyanın İrana qarşı müharibə edəcəyindən danışdı.

RF prezidenti Dmitri Medvedevin iqtisadi məsələlər üzrə köməkçisi Arkadi Dvorkoviç də erməni məsələsi ortalığa çıxanda Aqanbekyan kimi siyasətə qoşulur.

Son aylarda Ermənistan rəhbərliyi hakimiyyətdə Rusiyaya loyal olan adamları qərbpərəst kadrlarla əvəzləyir.

Ermənilər Rusiyanı sevirlərsə, o zaman, Qafqazın digər xalqları ilə Rusiya arasında ədavəti qızışdırmazdılar, əksinə, milli-etniki xüsusiyyətlərindən istifadə edib, bu xalqları Moskvaya bir az da yaxınlaşdırmaq istiqamətində fəaliyyət göstərərdilər.

Xəbər lenti

Xəbər lenti