...

İlham Əliyev YAP Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

Siyasət Materials 21 Yanvar 2012 20:12 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.
İlham Əliyev YAP Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev şənbə günü Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verildi ki, binanın tikintisinə 2010-cu ilin noyabrında başlanmışdır. Dörd yüz kvadratmetr sahəsi olan ikimərtəbəli binanın həyətində YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin portreti, ikinci mərtəbədə isə büstü qoyulmuşdur. Büstün ətrafında ümummilli liderin və Prezident, YAP-ın sədri İlham Əliyevin partiya qurultaylarında iştiraklarını əks etdirən fotolar vardır. Ümumilikdə inzibati bina 9 otaqdan və konfrans zalından ibarətdir. Səksən nəfərlik konfrans zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanmışdır. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Binada ilin bütün fəsillərinə uyğun müasir havalandırma və digər sistemlər quraşdırılmış, həyətyanı sahə yaşıllaşdırılmışdır.

Bildirildi ki, partiyanın rayon təşkilatı 1995-ci ilin yanvarında 38 ilk ərazi təşkilatının iştirakı ilə təsis olunmuşdur. Rayon təşkilatının üzvlərinin 33 faizini gənclər, 51 faizini isə qadınlar təşkil edir.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verib.

Xəbər lenti

Xəbər lenti