...

Tehranda 20 Yanvar faciəsinə həsr olunmuş elmi konfrans keçirilib

Siyasət Materials 23 Yanvar 2012 09:53 (UTC +04:00)
Azərbaycanın Tehrandakı səfirliyində "20 Yanvar faciəsinin keçmiş SSRİ-nin süqutuna təsiri" mövzusunda elmi konfrans təşkil olunub.
Tehranda 20 Yanvar faciəsinə həsr olunmuş elmi konfrans keçirilib

Azərbaycan, Bakı, 23 yanvar / Trend müxbir T.Cəfərov/

Azərbaycanın Tehrandakı səfirliyində "20 Yanvar faciəsinin keçmiş SSRİ-nin süqutuna təsiri" mövzusunda elmi konfrans təşkil olunub.

Səfirlikdən Trend-ə verilən məlumata əsasən, konfransı giriş sözü ilə açan Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov 20 Yanvar faciəsinin törədilməsinin siyasi səbəb və məqsədlərindən danışıb.

Axundov bildirib ki, o vaxt xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 Yanvar faciəsini törədənləri kəskin ittiham edib və regionda baş verən siyasi proseslərin əsl mahiyyətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

Konfransda Tehran Universitetinin professoru Bəhram Əmirəhmədiyan, universitetin müəllimi Mir Abdullah Hüseyni, bu təhsil ocağının nəzdində fəaliyyət göstərən Qafqaz Araşdırmaları İnstitutunun Azərbaycan Respublikası üzrə bölməsinin müdiri Masoud Əhmədnia, Azərbaycan-İran Dostluq Cəmiyyətinin sədri Əhəd Qəzayi, İran İslam Şurası Məclisinin keçmiş deputatı Mir Məhəmməd Yeqanlı və başqaları 20 Yanvar faciəsinin dəhşətlərindən danışıblar.

Konfransda çıxış edənlər 20 Yanvar faciəsinin böyük bir xalqa qarşı hərbi cinayət olduğunu və onu törədənlərin cəzalandırılmasını istəyiblər. Onlar bu qanlı hadisənin keçmiş SSRİ-nin süqutunu daha da sürətləndirən mübarizə kimi tarixdə özünə şərəfli yer qazandığını vurğulayıblar.

Konfransda həmçinin şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilib.

Məlumata əsasən, səfirlik tərəfindən konfransın materialları kitab şəklində dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti