...

Albaniyanın Baş naziri Azərbaycana gələcək

Siyasət Materials 6 Fevral 2012 10:45 (UTC +04:00)
Albaniyanın Baş naziri Sali Berişa bu həftə Azərbaycana gələcək.
Albaniyanın Baş naziri Azərbaycana gələcək

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir S.Ağayeva/

Albaniyanın Baş naziri Sali Berişa bu həftə Azərbaycana gələcək.

Baş nazirin səfəri 8-10 fevrala nəzərdə tutulub. Bu barədə bazar ertəsi Trend-ə diplomatik mənbələrdən məlumat verilib.

Səfər zamanı Azərbaycan rəsmiləri ilə ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi gözlənilir.

İki ölkə arasında ticarət dövriyyəsi ötən ilin yanvar-oktyabr ayları ərzində 23 min dollar təşkil edib.

Albaniya şirkətləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əməkdaşlıqda maraqlıdırlar. Bu barədə ötən il Bakıda səfərdə olarkən Albaniyanın Baş nazirinin müavini, XİN rəhbəri Edmond Hacinasto bildirmişdi.

ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşündə Hacinsato Azərbaycan və Albaniya arasında neft-qaz sektorunda əməkdaşlıq üçün böyük imkanların olduğunu qeyd etmişdi.

Xəbər lenti

Xəbər lenti