...

Bakıda Asiya siyasi partiyalarının iclası keçiriləcək

Siyasət Materials 6 Fevral 2012 17:11 (UTC +04:00)
Bakıda bu ilin iyun ayında Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin iclası keçiriləcək.
Bakıda Asiya siyasi partiyalarının iclası keçiriləcək

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir M.Əliyev/

Bakıda bu ilin iyun ayında Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin iclası keçiriləcək. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində partiyanın beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev bildirib.

"Daimi Komitənin iclasının harada keçirilməsi müzakirə olunanda ölkənin inkişafı, orada baş verən proseslər nəzərə alınır. Ötən il seçim zamanı bir neçə ölkənin namizədliyi olsa da, Azərbaycana üstünlük verildi. Bu da onu göstərir ki, Azərbaycanda baş verən proseslərə dünya böyük maraq göstərir", - Hacıyev deyib.

Onun sözlərinə görə, noyabr ayında isə ICAPP-nin Baş Assambleyası Bakıda keçiriləcək.

"Bu tədbirdə Asiyanın ən aparıcı partiyalarının nümayəndələri, 400-500 siyasi xadim iştirak edəcək. Eləcə də tədbirə Avropanın nüfuzlu təşkilatlarından nümayəndələr dəvət olunacaq", - millət vəkili deyib.

O, həmçinin qeyd edib ki, 2012-ci ildə YAP və Vyetnam Kommunist Partiyası ilə əməkdaşlıq haqqında anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.

"Artıq bu barədə tərəflər arasında razılıq əldə olunub. Qarşı tərəf YAP nümayəndələrini Vyetnama dəvət edib və bu səfər çərçivəsində sənəd imzalanacaq. Yəqin ki, 2012-ci il ərzində bu səfər baş tutacaq", - Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti