...

İlham Əliyev Qusarda Şahmat Mərkəzinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 16 Fevral 2012 17:13 (UTC +04:00)
Prezident İlham Əliyev cümə axşamı Qusara səfəri çərçivəsində şahmat mərkəzinin açılışında iştirak edib.
İlham Əliyev Qusarda Şahmat Mərkəzinin açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Prezident İlham Əliyev cümə axşamı Qusara səfəri çərçivəsində şahmat mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı şahmat mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, şahmat mərkəzində yeniyetmələrin və gənclərin idmanın bu növü ilə məşğul olmaları üçün geniş imkanlar yaradılıb. İkimərtəbəli bina həm də rayonun ümumi görkəminə əlavə çalarlar qatır. Şahmat mərkəzinin ümumi həyətyanı sahəsi 1500 kvadratmetrdir. Binanın ətrafında geniş abadlıq işləri görülüb.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bina əvvəllər "Nizami" kinoteatrı kimi fəaliyyət göstərib. 2009-cu ildə burada əsaslı təmir və yenidənqurma işləri aparılmış və müasir tələblərə cavab verən şahmat mərkəzi yaradılıb. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın müxtəlif sahələrinin, o cümlədən şahmatın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend quraşdırılıb. Burada şahmatı ayaqüstü oynamaq üçün iki lövhə quraşdırılıb. Mərkəzdə iki məşğələ otağı və turnir zalı idmançıların ixtiyarına verilib. Turnir zalında həm respublika, həm də beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi üçün geniş imkanlar var. Zalda 40 şahmat stolu qoyulub ki, onlardan 10-u elektron lövhəlidir. Belə lövhəli stollarda keçirilən oyunları internet vasitəsilə izləmək və nəzarət etmək mümkündür.

Mərkəzdə şahmat bölmələri ilə yanaşı, xarici dil və kompyuter kurslarının təşkili də nəzərə alınıb. Buradakı kompyuter otağında idmançılar internet vasitəsilə şahmat oynamaq imkanı əldə ediblər. Otaqda 13 kompüter quraşdırılıb. Mərkəzdə zəngin kitabxana da yaradılıb. Burada gənclər tanınmış şahmat ustalarının müəllifi olduğu kitablarla tanış olacaq, şahmatın sirlərini daha dərindən öyrənə biləcəklər.

Prezident İlham Əliyev zalda gənc şahmatçıların məşq prosesini izlədi.

Sonra dövlətimizin başçısı mərkəzin foyesində quraşdırılmış monitorlarda 2008-ci və 2011-ci illərdə Qusar rayonuna səfərlərini əks etdirən görüntülərə baxdı.

Şahmat mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını bildirdi.

Xəbər lenti

Xəbər lenti