...

Almaniyada Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Siyasət Materials 20 Fevral 2012 15:11 (UTC +04:00)
Almaniyanın Maqdeburq şəhərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib.
Almaniyada Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib

Azərbaycan, Bakı, 20 fevral /Trend, müxbir E.Mehdiyev/

Almaniyanın Maqdeburq şəhərində Xocalı soyqırımı ilə bağlı etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Almaniyanın Maqdeburq şəhərində Zaksen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşəbbüsü ilə Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə insanlığa qarşı bu ağır cinayətə etiraz əlaməti olaraq avtomobil yürüşü keçirilib.

Aksiyada soydaşlarımızla yanaşı rus, yəhudi diasporlarının, həmçinin yerli ictimaiyyət nümayəndələri iştirak edib. Üzərində Azərbaycan bayrağı olan, Xocalı soyqırımını pisləyən şüarlar yazılmış avtomobillər Maqdeburq şəhərinin mərkəzi küçələrində 1 saat 30 dəqiqə ərzində müxtəlif şüarlar altında hərəkət ediblər.

Aksiyadan sonra Zaksen-Anhalt əyaləti üzrə Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Yaşar Niftəliyev iştirakçılara Qarabağ və Xocalı dəhşətləri haqqında daha ətraflı məlumat verib, bu qətliamın insanlıq əleyhinə ağır cinayət olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti