Prezident İlham Əliyev: Azərbaycan dövləti güclü milli təməl üzərində qurulub (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan dövləti güclü milli təməl üzərində qurulub (FOTO)

Bu gün şəhərimizin tarixində çox əlamətdar və unudulmaz bir gündür. Bu gün Bakının mərkəzində, şəhərimizin gözəl guşəsində biz böyük şəxsiyyət, Azərbaycan xalqının qəhrəman oğlu Koroğlunun abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılış mərasimində çıxışı zamanı deyib.

"Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır.
Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir" İlham Əliyev deyib.

Prezident bildirib ki, müxtəlif dövrlərdə bizim böyük sənətkarlarımız "Koroğlu" mövzusuna müraciət ediblər.

"Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 1930-cu illərdə yazdığı "Koroğlu" operası bu gün də yaşayır və əbədi yaşayacaqdır. Bütün təntənəli mərasimlərdə "Koroğlu" operasının uvertürası səslənir. Bu, bizim dövlət himnimizlə bərabər Azərbaycan xalqının ayrılmaz böyük dəyəri kimi bu gün də yaşayır.
Ölkəmizin müxtəlif şəhərlərində Koroğlu abidələri ucaldılmışdır. Ancaq Bakıda Koroğlu abidəsi yox idi və bu boşluğu biz indi aradan qaldırdıq. Mən 2009-cu ildə Bakıda Koroğlu abidəsinin ucaldılması haqqında müvafiq Sərəncam imzalamışam. Bizim istedadlı heykəltəraşımız Tokay Məmmədov gözəl və əzəmətli əsər yaratmışdır. Koroğlu abidəsi üçün müvafiq yerin seçilməsi prosesi başlanmışdı. Mən çox istəyirdim ki, şəhərimizin gözəl yerində gözəl, əzəmətli abidə ucaldılsın və bu gün biz bu tarixi hadisənin şahidiyik.
Ölkəmizin müxtəlif bölgələrində, bir daha demək istəyirəm ki, Koroğlu abidəsi vardır. Artıq Bakıda da bu abidə vardır. Artıq bu gündən etibarən bu parka da "Koroğlu parkı" adı verilib" dövlət başçısı çıxışında deyib.

İlham Əliyev deyib ki, gənc nəslin tərbiyə edilməsində "Koroğlu" dastanı çox mühüm bir vasitədir. Çünki gənc nəslimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdır.

"Müstəqil Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq üçün yaşamış gözəl insan, böyük sərkərdə idi. Koroğlu, eyni zamanda, istedadlı insan idi - həm şair, həm aşıq idi. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətləri onda var idi və bizim gənclərimiz keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər, yaxından, dərindən tanımalıdırlar. Biz keçən il müstəqilliyimizin 20 illiyini qeyd etmişik. Ancaq bizim çox böyük, zəngin tariximiz, mədəniyyətimiz vardır. Şifahi xalq yaradıcılığımız vardır. Gözəl əsərlərimiz, dahi şəxsiyyətlərimiz vardır. Bizim vətəndaşlar, xüsusilə gənclər o dahi şəxsiyyətləri tanımalıdırlar.
Koroğlu abidəsinin ucaldılması bir tərəfdən tarixi ədaləti əks etdirir, digər tərəfdən Koroğlu abidəsi bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu əyani şəkildə göstərir.
Biz öz dahi şəxsiyyətlərimizin xatirəsinə böyük hörmətlə yanaşırıq. Təkcə keçən il Bakıda görkəmli şəxsiyyətlərin abidələri ucaldılmışdır. Keçən il Zivərbəy Əhmədbəyovun, Fikrət Əmirovun abidəsi ucaldılmışdır. Bu gün biz Koroğlunun abidəsinin açılışını qeyd edirik. Yaxın gələcəkdə Bakıda, şəhərimizin gözəl yerlərində Babəkin, Qara Qarayevin, Bülbülün abidələri ucaldılacaqdır. Artıq müvafiq göstərişlər verilmişdir" Prezident bildirib.

Dövlət başçısı xatırladıb ki, Sovet dövründə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılmışdır.

"Bu gün bu siyasət davam etdirilir. Bu abidələr bir daha onu göstərir ki, Azərbaycan xalqı nə qədər böyük, nə qədər istedadlı xalqdır, bizim nə qədər böyük tarixi şəxsiyyətlərimiz olmuşdur. Onların fəaliyyəti, həyatı, xalqa bağlılığı bizim üçün də bir nümunədir, örnəkdir. Onlar bu yolu bizə göstərdilər. Bu yol ədalət yoludur.
Koroğlu da haqq-ədalətin tərəfində idi. Koroğlu kasıbların tərəfində idi. Koroğlu ədalətsizliyə dözməyən və ədalətsizliyə qarşı vuruşan görkəmli şəxsiyyət, sərkərdə, gözəl vətəndaş idi. Biz, bir daha demək istəyirəm ki, gənc nəsli bu müsbət nümunələr əsasında tərbiyə etməliyik. Mən çox şadam ki, Azərbaycan gəncləri vətənpərvərdirlər, Vətənə bağlıdırlar, Vətəni sevirlər. Bizim vətəndaşlar haqlı olaraq qürur hissi keçirirlər ki, biz hamımız Azərbaycan vətəndaşıyıq" Prezident vurğulayıb.

İlham Əliyev bildirib ki, iyirmi il ərzində ölkəmiz böyük və şərəfli yol keçmişdir, bütün sahələrdə böyük uğurlara imza atmışdır.

"Uğurlarımızın təməlində məhz milli mənəvi dəyərlər dayanır. Güclü iqtisadiyyat yaratmaq olar, bölgədə güclü mövqelərə malik olmaq olar, - halbuki bunun üçün də çox çalışmaq lazımdır, - ancaq milli mənəvi dəyərlər olmadan heç bir ölkə, heç bir xalq inkişaf edə bilməz. Bizim üstünlüyümüz ondan ibarətdir ki, gənc və güclü dövlətimiz möhkəm təməl üzərində qurulubdur. Çoxəsrlik tarix, mədəniyyət üzərində qurulubdur. Milli mənəvi dəyərlər bizim üçün ən vacib məsələdir. Biz təbii ki, ümumbəşəri dəyərləri bölüşürük. Ancaq bizim üçün başlıca dəyərlər öz milli Azərbaycan dəyərlərimizdir.
Bu gün ölkəmizdə hər bir sahədə olduğu kimi, milli mənəvi sahədə də dirçəliş, inkişaf vardır. Biz güclü, müasir dövlət qururuq. Ancaq ənənələrimizə, tariximizə, keçmişimizə çox bağlıyıq. Dünyada qloballaşma prosesləri gedir, istər-istəməz bizə də təsir edir. Yəni bu, heç bir ölkədən yan keçə bilməz. Xüsusilə, bu dövrdə milli dəyərlərə diqqət daha da böyük olmalıdır. İnsanlar milli ruhda tərbiyə olunmalıdırlar. Öz Vətəninə, öz keçmişinə, tarixinə, dahi şəxsiyyətlərinə hörmətlə yanaşmalıdırlar. Mən çox şadam ki, bugünkü Azərbaycan reallıqlarını bu amillər müəyyən edir. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz odur ki, Azərbaycan dövləti güclü milli təməl üzərində qurulubdur. Eyni zamanda, Azərbaycanda yaşayan bütün millətlərin, bütün dinlərin nümayəndələri ölkəmizin dəyərli vətəndaşlarıdırlar və Azərbaycanın təcrübəsi bu baxımdan diqqətə layiqdir və böyük maraq doğurur" Prezident çıxışında söyləyib.

Dövlət başçısı vurğulayıb ki, bu gün bu abidənin açılışı, eyni zamanda, bu gözəl parkın abadlaşmasına da şərait yaratdı.

"Abidənin yaradılması ilə bərabər, Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişdik ki, bu park da abadlaşsın, gözəlləşsin. Bakıda böyük quruculuq işləri aparılır. Bütün parklar, bağlar yenidən qurulur, abadlaşır. İnsanlar üçün gözəl istirahət yerləri yaradılır. Bakı doğrudan da indi dünyanın ən gözəl şəhərlərindən biridir. Bakının tarixi gözəlliyi vardır. Tarixi, qədim binalar şəhərimizə gözəllik verir. Eyni zamanda, Bakının müasir meqapolisə çevrilməsi prosesi də uğurla gedir. Bu iki istiqamət arasında heç bir ziddiyyət olmamalıdır və yoxdur. Həm müasir binalar, həm qədim Bakı bir-birini tamamlamalıdır və tamamlayır. Şəhərimizin gözəlləşməsi hər bir Bakı sakini, hər bir Azərbaycan vətəndaşı üçün çox vacib olan məsələdir. Bakıya gələn hər bir qonaq şəhərin gözəlliyinə heyran olur. Bakı da bizim böyük, milli sərvətimizdir.
Mən bu gün bir daha qeyd etmək istəyirəm ki, Koroğlu abidəsinin ucaldılması böyük məna daşıyır. Bu, həm tarixi şəxsiyyətə hörmətimizin əlamətidir, həm keçmişimizə olan münasibətdir, həm də Koroğlunun etdiyi fədakarlığa görə Azərbaycan xalqının qiymətidir. Bu gözəl əsər, əminəm ki, bütün Azərbaycan xalqını sevindirəcəkdir. Koroğlu abidəsi məhz belə olmalı idi. Gözəl, möhtəşəm, qürurlu və əzəmətli.
Bir daha əsərin müəllifinə, görkəmli heykəltəraş Tokay Məmmədova minnətdarlığımı bildirmək istəyirəm. Əsərin yaradılmasında iştirak etmiş bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm. Bakı sakinlərini və bütün Azərbaycan xalqını bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm"Prezident bildirib.

Sonra Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya abidə və onun yerləşdiyi Koroğlu parkı haqqında ətraflı məlumat verildi.

Bildirildi ki, geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Ümumi sahəsi 1,3 hektar olan parkın 4620 kvadratmetrlik ərazisinə qranit plitələr döşənmişdir. Burada əhalinin istirahəti üçün nümunəvi şərait yaradılmışdır.

Məlum olduğu kimi, 2009-cu il dekabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev xalq qəhrəmanı Koroğluya Bakı şəhərində abidə ucaldılması ilə bağlı Sərəncam imzalamışdır. Tezliklə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın Azadlıq və Vaqif prospektlərinin kəsişməsində yerləşən parkda abidənin ucaldılması ilə bağlı hazırlıq işlərinə başlamışdır. Görülən işlərin miqyasını və əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2010-cu il dekabrın 24-də xalq qəhrəmanı Koroğlunun abidəsinin ucaldılması ilə əlaqədar bəzi tədbirlər haqqında daha bir Sərəncam imzalamışdır.

Diqqətə çatdırıldı ki, abidənin yerdən hündürlüyü 23 metrdir. Qəhrəman koroğlunun Qıratın belində əzəmətli abidəsi Ukraynada bürüncdən tökülmüşdür.

Prezident İlham Əliyev Koroğlu parkında görülmüş işlərdən razılığını bildirdi.

Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Loading Bars
Xəbər lenti
İranın XİN rəhbəri Tehranın Hələbdə Baş Konsulluq açmaq qərarını açıqlayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Şuşadakı atəşfəşanlıqdan görüntülər paylaşıb (VİDEO)
Türkiyədə koronavirusdan sağalanların sayı 4,8 milyonu ötüb
Prezident İlham Əliyev Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlini qoyub (VİDEO)
Prezident İlham Əliyev Şuşa Rəsm Qalereyasında görülən işlərlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar (VİDEO)
Prezident İlham Əliyev Şuşada xan qızı Natəvanın sarayına baxış keçirib (VİDEO)
Prezident İlham Əliyev “Xarı Bülbül” otelinin nəzdindəki korpusda və kotteclərdə yaradılan şəraitlə tanış olub (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarı Bülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər (FOTO/VİDEO)
Prezident İlham Əliyev: Bir il bundan əvvəl Şuşada başqa musiqi səslənirdi, başqa hərəkətlər edilirdi
Prezident İlham Əliyev Şuşada jurnalistlərlə görüşüb
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına məktubla müraciət edib
Gürcüstanda koronavirusa daha 1 409 nəfər yoluxub
Bakıda daha bir piyada səkisinin zəbt olunması halı qeydə alınıb - BNA (FOTO)
"Xarıbülbül" festivalını yenidən izləmək böyük xoşbəxtlikdir - 1990-cı ildə festivalın bədii rəhbəri olmuş Əli Usubov
İsrail hərbçisi Qəzza zolağından raket atəşi nəticəsində ölüb
Gədəbəydə iki mülki şəxs minaya düşüb
Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın Azərbaycana qarşı cinayətlərinə baxacaq (ƏLAVƏ OLUNUB)
DSX azad olunmuş ərazilərə mediatur təşkil edib - Trend TV-nin REPORTAJI (FOTO/VİDEO)
Saatlıda heyvan oğruları dəstə üzvləri saxlanılıb
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 558 nəfər koronavirusa yoluxub, 1454 nəfər sağalıb, 13 nəfər vəfat edib
Azərbaycan öz mədəni irsini bərpa edir, “Xarıbülbül” festivalı bunun gözəl nümunələrindəndir - Deputat
Şuşada, Cıdır düzündə "Bayatı Şiraz" (VİDEO)
Heydər Əliyev Fondu tərəfindən nəşr olunan Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının toplusu Şuşada təqdim edilib (FOTO/VİDEO)
İranda ötən sutka koronavirusdan 366 nəfər ölüb
Zəngilanda DSX-nin yeni hərbi hissəsi tikilir (FOTO)
Polis Lənkəranda əməliyyat keçirib, 3 kiloqramdan artıq marixuana aşkarlanıb (FOTO)
Azərbaycan Prezidenti: Dünyada Şuşaya bənzər şəhər görməmişəm, bəlkə də yoxdur
Prezident İlham Əliyev: Bütün bu illər ərzində bir amalla yaşamışıq - torpaqları azad edək
Azərbaycan Prezidenti: Sabah Yuxarı Gövhərağa məscidində bayram namazı qılınacaq
Prezident İlham Əliyev: Bu gün Azərbaycan mədəniyyəti Şuşaya qayıdıb
Prezident İlham Əliyev: Gələn il biz Şuşanın 270 illiyini qeyd edəcəyik
Prezident İlham Əliyev: 44 günlük müharibə bizim şanlı tariximizdir
Prezident İlham Əliyev: Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək
Prezident İlham Əliyev: Biz bu günü 30 il səbirsizliklə gözləmişik
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev: Biz Şuşaya qayıtmışıq, əbədi qayıtmışıq!
Prezident İlham Əliyev: Şuşada yeni tikiləcək məscidin memarlığı haqqında bir neçə ay fikirləşirdim
Prezident İlham Əliyev: Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb
Prezident İlham Əliyev Şuşada bərpa edilən “Xan qızı” bulağında olub (FOTO/VİDEO)
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub (FOTO/VİDEO) (YENİLƏNİB)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şuşa” yarımstansiyasının açılışında iştirak ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Şuşada “Xarıbülbül” festivalı keçirilib (VİDEO)
Azərbaycanın Gürcüstandakı səfirliyində iftar təşkil edilib (FOTO)
Zəngəzur dəhlizi - Türkiyə ilə Azərbaycan arasındakı məsafə 400 km azalır
Azərbaycan Ordusunda təlimlər keçiriləcək
Ağac kəsən şəxs cəzalandırılıb (FOTO)
Goranboyda polisə zor tətbiq edən şəxslə bağlı cinayət işi başlanıb
Gazelli Group şirkəti şərdə olduğu kimi, xeyirdə də Azərbaycan xalqının yanındadır (FOTO)
Zəngəzur dəhlizi Naxçıvanla quru yolla birbaşa əlaqəmiz üçün alternativsiz məsələdir
Bu il 44 mindən çox şəxsə sosial ödənişlər həyata keçirilib
Ötən gün 18 yanğın olub, 1 nəfər xəsarət alıb
Bakıda ilk dəfə Aerobika gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışları keçiriləcək (VİDEO)
“Azərsun Holdinq”dən Ramazan bayramı aksiyası (FOTO)
Sabah Bakıda 25, rayonlarda 28 dərəcəyədək isti gözlənilir
Xəzər rayonunda Ramazan bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı paylanıldı (FOTO)
Bakıda təmir gedən yolda tıxac yaranıb (FOTO)
Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinə başsağlığı verib
Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Prezident İlham Əliyevlə Qarabağa növbəti səfərdən görüntülər paylaşıb (VİDEO)
Azərbaycan Qarabağ münaqişəsini öz gücü ilə həll etdi – Deputat
Mağazadan 5 min manatlıq siqaret və qızıl oğurlayan qohumlar saxlanılıb (FOTO)
Saatlıda gecə işləyən çayxananın fəaliyyəti dayandırılıb (FOTO)
Prezidentin Naxçıvana səfəri həm də böyük rəmzi məna daşıyır - Deputat
ABŞ Energetika Nazirliyi Azərbaycanda neft hasilatı ilə bağlı proqnozlarını azaldıb
Azərbaycan Vətən müharibəsindəki zəfərlə regionda nəqliyyat infrastrukturunun inkişafı üçün yeni imkanlar açdı - Deputat
Ağdamda azad olunan ərazilərə keçməyə cəhd edən 9 nəfər saxlanılıb
Prospektdə qəza olub, sıxlıq var (FOTO)
Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat
Pentaqon Əfqanıstandakı hərbçi sayını açıqlamır
Məşhur "La Skala" teatrı fəaliyyətini bərpa edir
Qazaxıstanda koronavirusa daha 1 811 nəfər yoluxub
Peru mətbuatı Qarabağdakı erməni vandalizmi və Azərbaycanın apardığı yenidənqurma işləri haqda yazıb
2022-ci ilin "Dakar" ralli-marafonu keçiriləcək yer açıqlanıb
Filippin sahillərində zəlzələ baş verib
Kanada Hindistana tibbi avadanlıq göndərir
Baydenin köməkçisi İsrail ilə Fələstin arasında sabitliyin bərpasına çağırır
BMT TŞ təcili iclasda Fələstin və İsrail arasındakı vəziyyəti müzakirə edəcək
"Sportinq" futbol üzrə Portuqaliya çempionu oldu
Taliban Əfqanıstanda strateji rayonu nəzarətinə alıb
Kolumbiyada etiraz aksiyaları zamanı 40-dan çox insan həlak olub
İsrailin hava zərbələri nəticəsində Qəzza sektorunda 30 fələstinli həlak olub
Tel-Avivdəki Ben Qurion hava limanı raket zərbələri səbəbindən uçuşları dayandırır
Zəngəzur dəhlizi Muxtar Respublikanın inkişafında yeni mərhələ açır - TƏHLİL
"Mançester Siti" 7-ci dəfə İngiltərə çempionu oldu
Türkiyədə son sutkada koronavirusdan 22 253 nəfər sağalıb
Tel-Aviv və ətrafları istiqamətində 130 raket buraxılıb
Tatarıstan hakimiyyəti məktəbdəki atışmada həlak olanların dəfn mərasimlərini üzərinə götürəcək
BMT-nin baş katibi İsrail ilə Fələstin arasında artan gərginlikdən narahat olduğunu bildirib
Dünyada ötən sutka koronavirusa 643 mindən çox yoluxma qeydə alınıb - ÜST
Fici yaxınlığında zəlzələ baş verib
Ombudsman Səbinə Əliyeva Tatarıstan Ombudsmanına başsağlığı verib
Şəmkirdə iki nəfəri öldürmək istəyən şəxs həbs edilib
Göyçayda bacısı qızını qətlə yetirən şəxs həbs edilib
Ağır yaralanan daha 11 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib (FOTO/VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidentinə başsağlığı veriblər
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidentinə başsağlığı verib
Bu küçə və prospektlərdə sıxlıq var
“Berqa” markasının dəstəyi ilə onlayn qadın festivalı keçirilib
Bütün xəbərlər