...

İranda keçiriləcək parlament seçkilərini 50 000 müşahidəçi izləyəcək

Siyasət Materials 26 Fevral 2012 09:20 (UTC +04:00)
İranda keçiriləcək parlament seçkilərini 50 000 müşahidəçi izləyəcək
İranda keçiriləcək parlament seçkilərini 50 000 müşahidəçi izləyəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 26 fevral / Trend müxbir T.Cəfərov/

2012-ci il martın 2-də keçiriləcək İranda IX çağırış parlament seçkilərini 50 000 müşahidəçi izləyəcək. Bunu İranın Seçkilər Təşkilatının müşahidəçilər üzrə idarənin rəhbəri Qulaməli Hacizadə deyib. Trend-in məlumatına görə, bu barədə MEHR xəbər agentliyi məlumat verir.

İranda keçiriləcək parlament seçkilərində 3 444 namizəd mübarizə aparacaq.

İran KİV-i məlumat verir ki, keçiriləcək parlament seçkilərində iştirak etmək üçün yenidən namizədliyini irəli sürmüş 33 deputatın namizədliyi təsdiq olunmayıb və onların adı seçki siyahısına salınmayıb. Məlumata əsasən, həmin deputatlardan 7 nəfərin səlahiyyəti onların ölkədə baş vermiş 2,8 milyard dollarlıq korrupsiya ilə əlaqədar əllərindən alınıb.

İranda seçkilərin təhlükəsizliyini təmin etmək üçün polis qüvvələrindən başqa əlavə 85 000 İran İslam Respublikasının "Sepah" korpusunun "Bəsic" könüllülər qüvvələri cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti