...

Pakistan müsəlman ölkələrinin hərbi blokunun yaradılmasını təklif edir

Siyasət Materials 29 Fevral 2012 14:28 (UTC +04:00)
Artıq hazırkı şəraitdə müsəlman ölkələrinin hərbi blokunun yaradılması zərurəti yetişib. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Pakistan Senatının sədr müavini Mir Can Cəmali çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.
Pakistan müsəlman ölkələrinin hərbi blokunun yaradılmasını təklif edir

Azərbaycan, Bakı, 29 fevral /Trend, müxbir M.Əliyev/

Artıq hazırkı şəraitdə müsəlman ölkələrinin hərbi blokunun yaradılması zərurəti yetişib. Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Pakistan Senatının sədr müavini Mir Can Cəmali çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib.

Mir Can Cəmali qeyd edib ki, artıq bu məsələyə baxılmasının zamanı yetişib, bunun üçün potensial mövcuddur.

Onun sözlərinə görə, Qərb dünyası proseslərə ikili standartlarla yanaşır.

"Xristian dünyasında bir proses baş verəndə dərhal müdaxilə etməyə çalışırlar. Lakin müsəlman dünyasında - Qarabağ, Bosniya, Kəşmir və sair yerlərdə baş verənlərə müdaxilə etmirlər. Bununla bağlı BMT-nin qətnamələrini yerinə yetirməyə çalışmırlar. Türkiyə də daxil olmaqla, müsəlman ölkələri arasında hərbi və siyasi qüdrəti olan dövlətlər çoxdur və biz başqa təşkilatların tərkibində yox, ayrıca hərbi blok yaratmaqla öz problemlərimizi həll edə bilərik", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti