Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Trend-in cümə axşamı Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hərbçilərimiz martın 3-dən 8-dək İordaniya Silahlı Qüvvələrinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) taborunun NATO qiymətləndirilməsi təlimində iştirak edəcək.
Hərbçilərimiz Azərbaycan-Pakistan ikitərəfli əməkdaşlıq proqramına əsasən, martın 5-dən iyulun 20-dək Pakistanda kiçik zabitlərin qərargah kursuna qatılacaq. Martın 26-dan iyunun 2-dək Pakistanda zabitlərin təkmilləşmiş kəşfiyyat kursu işə başlayacaq.
Azərbaycan-ABŞ iş planına əsasən, martın 5-7-də Bakıda sülhməramlı əməliyyatlar dövründə fəaliyyət sonu təhlil və təcrübənin öyrənilməsi mövzusunda seminar keçiriləcək.
Azərbaycan-Qazaxıstan ikitərəfli əməkdaşlıq planına əsasən isə 12-13 martda Bakıda hərbi kadrların hazırlanması sahəsində ikitərəfli layihələrin reallaşdırılmasının praktiki mexanizmlərinin razılaşdırılması üzrə işçi görüşü keçiriləcək.
Azərbaycan hərbçiləri beynəlxalq tədbirlərdə iştirak edəcək