...

Əli Həsənov: Xocalı soyqırımı ilə bağlı və fransızların qəbul etdiyi qanuna qarşı birgə dirəniş Türkiyə və Azərbaycan rəhbərlərini razı salıb

Siyasət Materials 5 Mart 2012 11:25 (UTC +04:00)
Xocalı soyqırımı ilə bağlı və fransızların qəbul etdiyi qanuna qarşı birgə dirəniş Türkiyə və Azərbaycan rəhbərlərini razı salıb. Bunu bazar ertəsi Trend-ə Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Əli Həsənov: Xocalı soyqırımı ilə bağlı və fransızların qəbul etdiyi qanuna qarşı birgə dirəniş Türkiyə və Azərbaycan rəhbərlərini razı salıb

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir M.Əliyev/

Xocalı soyqırımı ilə bağlı və fransızların qəbul etdiyi qanuna qarşı birgə dirəniş Türkiyə və Azərbaycan rəhbərlərini razı salıb. Bunu bazar ertəsi Trend-ə Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Keçən həftə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə televiziyasına müsahibə vermişdi və Türkiyədə Xocalı soyqırımı ilə bağlı Xocalı anım tədbirinin keçirilməsinə verdiyi dəstəyə görə Türkiyə ictimaiyyətinə, Türkiyənin bütün ictimai-siyasi xadimlərinə Azərbaycan hökumətinin minnətdarlığını çatdırıb. Həmin tədbirlərdə vurğulanıb ki, Türkiyə və Azərbaycan eyni maraqlara və məqsədlərə xidmət edən iki qardaş dövlətdir, bu dövlətin əhalisi bir milləti təmsil edir və eyni maraqlar üzrə fəaliyyət göstərir, indiyə qədər necə olubsa, bundan sonra da bərabər istiqamətdə fəaliyyət göstərəcəklər", - Həsənov deyib.

PA rəsmisi bildirib ki, eyni zamanda, Prezident İlham Əliyev Fransada qəbul olunmuş antitürk qanunun Senatda ləğv olunması istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər haqqında bir daha məlumat verib, hər iki ölkənin bu istiqamətdə əlaqələndirilmiş formada fəaliyyətinin müsbət nəticə verdiyini qeyd edib.

Həsənovun sözlərinə görə, martın 3-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib və bütün bu işlərə görə ona təşəkkürünü bildirib, Türkiyə hökumətinin minnətdarlığını çatdırıb və Türkiyə tərəfi də hesab edir ki, Fransanın "soyqırım" haqqında qanununun qarşısının alınmasında Azərbaycan hökumətinin, Azərbaycan ictimaiyyətinin, dünyada yaşayan azərbaycanlıların, Azərbaycan Parlamentinin, xüsusən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun mühüm xidmətləri olub, Fransa dostluq qrupu ilə mühüm işlər aparıblar. Bütün bunlara görə Türkiyə hökuməti Azərbaycana öz minnətdarlığını çatdırıb.

"Həmçinin bundan sonrakı birgə fəaliyyət haqqında, türk dünyasının digər yaraları, bu tipli hadisələrin birgə dünya ictimaiyyətinə çatdırılması, tanıdılması istiqamətində Azərbaycan dövlətinin və Türkiyə hökumətinin başçısı arasında geniş fikir mübadiləsi olub və gələcək fəaliyyətin koordinasiyası ilə bağlı fikirlər söylənilib", - Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti