...

Mixail Saakaşvili Azərbaycanca "Bir kərə yüksələn bayraq bir daha enməz" dedi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 7 Mart 2012 13:07 (UTC +04:00)
Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə günü Azərbaycan Parlamentinin iclasında çıxış edib.
Mixail Saakaşvili Azərbaycanca "Bir kərə yüksələn bayraq bir daha enməz" dedi (ƏLAVƏ OLUNUB)

Mixail Saakaşvilinin sözləri əlavə olunub (Birinci xəbər saat 12.37-də yayılıb)

Azərbaycan, Bakı, 7 mart / Trend müxbir M.Əliyev/

Gürcüstan Prezidenti Mixail Saakaşvili çərşənbə günü Azərbaycan Parlamentinin iclasında çıxış edib.

Trend-in məlumatına görə, Saakaşvili çıxışını Azərbaycan dilində başlayıb.

"Bizi bir strateji əməkdaşlıq bağlayır, bizi əsrlər boyu davam edən böyük dostluq əlaqələri bağlayır. Azərbaycan və Gürcüstan tarix boyu oxşar problemlər yaşayıb", - Saakaşvili çıxışında deyib.

Gürcüstan Prezidentinin sözlərinə görə, Azərbaycan və Gürcüstan qələbələrdə və məğlubiyyətlərdə bir olub - istər xristianlara, istər müsəlnmanlara qarşı. İlk dəfə Azərbaycan Respublikasının müstəqilliyi 1918-ci ildə Tiflisdə elan olunub.

Saakaşvili Məmməd Əmin Rəsulzadənin sözlərini Azərbaycanca deyib: "Bir kərə yüksələn bayraq bir daha enməz".

Onun sözlərinə görə, Azərbaycan böyük sürətlə inkişaf edir və beynəlxalq arenada iri oyunçuya çevrilib. "Gürcüstan Azərbaycanın həqiqi dostu və srtateji tərəfdaşı kimi sizin uğurlarınıza yalnız sevinə və fəxr edə bilər", - Saakaşvili deyib.

O qeyd edib ki, iki ölkə arasında strateji tərəfdaşlıq həyati əhəmiyyət kəsb edir. "Bizim birliyimiz kimə qarşısa yönəlməyib", - Saakaşvili bildirib.

"Bizim dostluğumuz əsrlərdən bəri göz yaşı, ümid və iztirablar vasitəsilə formalaşıb. Azərbaycan və Gürcüstan qədim millətdir, lakin çox gənc müstəqil dövlətlərdir. Onlar ümumi çağırışlarla üzləşiblər və üzləşirlər. Başlıcası isə onlar həmin çağırışlarla bir yerdə, birlikdə üzləşiblər və üzləşirlər. Bu dərs təkcə qədim dövrlərin deyil, həm də yaxın keçmişin dərsləridir", - Saakaşvili deyib.

Onun sözlərinə görə, Azərbaycan və Gürcüstanı təkcə hər şeydən əlavə ümumi təhdidlərə əsaslanan siyasi müttəfiqlik bağlamır.

"Ən amansız repressiyalar bizim azadlığa can atmamızı sındıra, öldürə bilməz", - Saakaşvili deyib və Məmməd Əmin Rəsulzadənin "Bir kərə yüksələn bayrag bir daha enməz" sözlərinin sitat gətirib.

"İndi Gürcüstan və Azərbaycan dağıdılması mümkün olmayan dövlət yaradıblar", - Gürcüstan Prezidenti deyib.

"Biz 2012-ci ildəyik və hamı anlamalıdır ki, 2012-ci ildə Sovet İttifaqının bərpa etmək cəhdləri məğlubiyyətə düçardır. Adamlar azadlıqdan, müstəqillikdən və öz yolunu seçməkdən imtina etməyəcəklər. Rusiya buna gələcək və anlayacaq ki, qeyri-sabit vassallardansa, güclü qonşuya malik olmaq, düşmənlərdənsə, tərəfdaşa malik olmaq daha yaxşıdır. Mən Rusiyanı zəif görmək istəmirəm. Əslində mən qürurlu, öz gücünə inanan, əhalinin xülyalarla qidalandırmayan Rusiya Federasiyasını arzu edirəm", - Saakaşvili deyib.

O bildirib ki, əgər bu gün Azərbaycanla Gürcüstanın ittifaqı bir vaxt olduğundan güclüdürsə, bu, daha çox İlham Əliyevin əməyi və iki dövlətin rəhbərlərinin baxışlarının uyğunluğunun nəticəsidir.

"Biz gələcəkdə müttəfiqlik münasibətlərimizi daha yüksək səviyyəyə qaldırmaq istərdik. Dünən biz xalqlarımız üçün eyni dərəcədə sərfəli olan tamamilə konkret və təsirli layihələri müzakirə etdik", - Gürcüstan Prezidenti deyib.

Milli Məclisin spikeri Oqtay Əsədov isə çıxışında deyib ki, bu gün Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığa malikdir və hərtərəfli əlaqələri inkişaf etdirir. İki ölkənin iştirakı ilə bölgədə nəhəng transmilli layihələr həyata keçirilir.

"Hər iki dövlətin ərazi bütövlüyü ilə bağlı problemləri var. Lakin beynəlxalq hüquq bizim tərəfimizdədir və bu, onu deməyə əsas verir ki, biz bu problemin həllinə nail olacağıq", - Əsədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti