...

Ermənistanda seçkiqabağı prosesdə pozuntu halları artıb

Siyasət Materials 9 Aprel 2012 10:27 (UTC +04:00)
Ermənistanda seçkiqabağı prosesdə pozuntu halları ilə bağlı artıq 42 məlumat xüsusi yaradılan yeni www.iditord.org saytına daxil olub.
Ermənistanda seçkiqabağı prosesdə pozuntu halları artıb

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Ermənistanda seçkiqabağı prosesdə pozuntu halları ilə bağlı artıq 42 məlumat xüsusi yaradılan yeni www.iditord.org saytına daxil olub. Bunu cümə günü saytın təqdimatı zamanı informasiya təhlükəsizliyi üzrə ekspert, Ermənistan KİV Müxtəlifliyi İnstitutunun nümayəndəsi Samvel Martirosyan bildirib. Bu barədə Trend "Novosti-Armeniya"nın saytına istinadən yazır.

"Pozuntularla bağlı əsas məlumatlardan 23-ü seçkiqabağı rüşvət və təzyiq, 14 məlumat isə seçici siyahıları ilə bağlıdır", - Martirosyan deyib.

O əlavə edib ki, nisbətən daha çox sayda məlumat (28) Yerevana aiddir, ikinci yeri ölkədə böyüklüyünə görə ikinci şəhər olan Gümrü (6) tutur.

Xəbər lenti

Xəbər lenti