...

Ermənistanda 2012-ci il parlament seçkiləri: Dairəvi "ötürmə"

Siyasət Materials 13 Aprel 2012 17:14 (UTC +04:00)
Seçkiqabağı rüşvət alan seçicilərin fantaziyası sərhəd tanımır. Trend-in məlumatına görə, bu barədə cümə günü Ermənistanın "Qraparak" nəşri yazır.
Ermənistanda 2012-ci il parlament seçkiləri: Dairəvi "ötürmə"

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Seçkiqabağı rüşvət alan seçicilərin fantaziyası sərhəd tanımır. Trend-in məlumatına görə, bu barədə cümə günü Ermənistanın "Qraparak" nəşri yazır.

Nəşrin məlumatına əsasən, seçkiqabağı rüşvət verən şəxslər heç də sadəlövh deyil və yaxşı başa düşürlər ki, insanlar seçki kabinəsində olarkən onlara əmr edildiyi kimi yox, vicdanın səsinə qulaq asaraq səs verə bilərlər. Bu səbəbdən onlar rüşvət alanlardan səs verilmiş bülletenin şəklini tələb edir və məhz bundan sonra vəd edilən məbləği verirlər.

Lakin hazırda seçicilər öhdəsindən gəlmək mümkün olmayan bu maneəni də aradan qaldırıblar. Belə ki, onlar özləri ilə kiçik qara sap götürür, onu bülletendəki "sifariş olunan" namizədin adının qarşısında olan damanın üstünə qoyur, şəkil çəkir və məhz bundan sonra səs verirlər.

"Belə "texnologiyalar" eyni vaxtda bir neçə namizəddən pul almağa imkan verə bilər", - nəşrdəki məqalənin müəllifi qeyd edir.

Xəbər lenti

Xəbər lenti