...

Azərbaycanın bir sıra şəhər və rayonlarına yeni icra başçıları təyin olunub

Siyasət Materials 14 Aprel 2012 17:02 (UTC +04:00)
Azərbaycanın bir sıra şəhər və rayonlarının İcra hakimiyyətlərinə yeni başçılar təyin olunub.
Azərbaycanın bir sıra şəhər və rayonlarına yeni icra başçıları təyin olunub

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycanın bir sıra şəhər və rayonlarının İcra hakimiyyətlərinə yeni başçılar təyin olunub.

Azərbaycan Prezidenti İlham Əliyev Taleh Azay oğlu Qaraşovun Astara rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Taleh Qaraşov Lənkəran şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunub.

Dövlət başçısı imzaladığı sərəncamlarla Qəzənfər Arif oğlu Ağayevi Masallı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib və onu Astara rayonu İcra Hakimiyyətinin başçısı təyin edib.

Prezident İlham Əliyevin daha bir sərəncamı ilə Əlibaba Nəcəf oğlu Əliyev Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xəbər lenti

Xəbər lenti