...

Azərbaycanın müxalifət partiyasının yeni Fəaliyyət Planı hazırlanıb

Siyasət Materials 21 Aprel 2012 12:22 (UTC +04:00)
Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, iclasda VİP-in müvafiq strukturlarının təkmilləşdirilməsi və fəaliyyətinin gücləndirilməsinə dair Fəaliyyət Proqramı, partiyanın müxalifətdaxili inteqrasiya prosesində iştirakı və partiyanın yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə olunub
Azərbaycanın müxalifət partiyasının yeni Fəaliyyət Planı hazırlanıb

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir E.Mehdiyev/

Vətəndaş və İnkişaf Partiyası (VİP) Siyasi Şurasının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən Trend-ə daxil olan məlumata görə, iclasda VİP-in müvafiq strukturlarının təkmilləşdirilməsi və fəaliyyətinin gücləndirilməsinə dair Fəaliyyət Proqramı, partiyanın müxalifətdaxili inteqrasiya prosesində iştirakı və partiyanın yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə olunub.

VİP-in müvafiq strukturlarının təkmilləşdirilməsi və fəaliyyətinin gücləndirilməsinə dair Fəaliyyət Proqramına Siyasi Şuranın ötən iclasında təklif edilmiş əlavə və düzəlişlər dəyərləndirilib.

Fəaliyyət Proqramında əks olunmuş geniş spektrli müddəaları qarşıdakı dövrdə partiyanın fəaliyyəti üçün zəruri hesab edən Siaysi Şura üzvləri sözügedən sənədi yekdilliklə təsdiqləyiblər. Bundan başqa, VİP Qadınlar və Gənclər təşkilatlarının yenidən formalaşdırılması, eyni zamanda, partiyanını Analitik Mərkəzinin yaradılması prosesinin sürətləndirilməsi məqsədəuyğun sayılıb.

Növbəti məsələ haqqında məlumat verən VİP sədri Əli Əliyev müxalifət qüvvələrinin bir arada olmasının zəruriliyini önə çəkərək, hazırda bu istiqamətdə ciddi addımlar atılmamasının təəəssüf doğurduğunu qeyd edib.

Əliyev VİP-in siyasi konfiqurasiyalarda iştirak prinsiplərini bir daha xatırladıb və partiyanın yer ala biləcəyi mümkün formatlar ətrafınfa əhatəli fikir mübadiləsi aparılıb. Daha sonra VİP, Azərbaycan Liberal (AYP) və Azərbaycan Yaşıllar (AYP) partiyalarına Ədalət Partiyası tərəfindən irəli sürülmüş əməkdaşlıq təklifi haqqında məlumat verilib. VİP Siyasi Şurasının iclasına dəvət olunmuş Ədalət Partiyası sədrinin müavini Etimad İsmayılov irəli sürülmüş təklifin mahiyyətini açıqlayıb və bu çərçivədə ətraflı müzakirə aparılıb.

İclasda daha sonra VİP-in yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbirlər planı müzakirə olunub və uyğun qərarlar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti