...

İlham Əliyev Polşa Prezidentini təbrik edib

Siyasət Materials 2 May 2012 18:38 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev Polşa Prezidentini təbrik edib

Azərbaycan, Bakı, 2 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu ünvanlayıb.

"Polşa Respublikasının milli bayramı - Konstitusiya günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Azərbaycan-Polşa münasibətləri bu gün dinamik inkişaf yolundadır. Siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın yüksək səviyyəsi məmnunluq doğurur. Avropa İttifaqının həyata keçirdiyi "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində, eləcə də enerji təhlükəsizliyinin təmin olunması istiqamətində qarşılıqlı işimiz ikitərəfli əlaqələrimizin əhatə dairəsini daha da genişləndirməkdədir.

Əminəm ki, Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialından daha səmərəli istifadə olunması, əməkdaşlığımızın inkişaf perspektivlərinin reallaşdırılması üçün bundan sonra da səylərimizi ardıcıl şəkildə davam etdirəcəyik", - təbrikdə deyilir.

İlham Əliyev Bronislav Komorovskiyə möhkəm cansağlığı, işlərində uğurlar, dost Polşa xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti