...

İlham Əliyev Hindistanın Azərbaycandakı səfirini qəbul edib

Siyasət Materials 11 May 2012 17:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
İlham Əliyev Hindistanın Azərbaycandakı səfirini qəbul edib

Azərbaycan, Bakı, 11 may /Trend/

Azərbaycan Prezidenti İlham Əliyev cümə günü Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğuladı. Ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Hindistan Respublikasının ölkəmizdəki səfiri Debnat Şou dedi: "Azərbaycan kimi gözəl ölkədə, gözəl insanlar arasında diplomatik fəaliyyət göstərməkdən məmnun qaldım".

Hindistanlı diplomat ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin inkişaf etdiyini vurğuladı.

Xəbər lenti

Xəbər lenti