...

İran gözəgörünməz qırıcını təqdim edib

Siyasət Materials 14 May 2012 14:55 (UTC +04:00)
İran hava hücumundan müdafiə vasitələrinin axtarışı zamanı gözəgörünməz yeni qırıcının təcrübəli nümunəsini nümayiş etdirib.
İran gözəgörünməz qırıcını təqdim edib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/

İran hava hücumundan müdafiə vasitələrinin axtarışı zamanı gözəgörünməz yeni qırıcının təcrübəli nümunəsini nümayiş etdirib. Bu barədə Trend bazar ertəsi FARS agentliyinə istinadən məlumat verir.

Yeni qırıcı formasına görə qalxan balığını xatırladır ki, bununla bağlı ona müvafiq ad veriblər.

Yeni qırıcının təqdimat mərasimində çıxış edən İranın müdafiə naziri Əhməd Vəhidi bildirib ki, onun sınaqdan keçirilməsinə yaxın müddətdə başlanacaq.

Vəhidi onu da deyib ki, Müdafiə Nazirliyi ölkənin Hərbi Hava Qüvvələrinə yerli istehsal olan 3 ədəd "Saiqə" reaktiv qırıcısını təhvil verib.

Xəbər lenti

Xəbər lenti