...

NATO-nun Çikaqo sammitinin əsas statusu

Siyasət Materials 18 May 2012 11:00 (UTC +04:00)
ABŞ Prezidenti mayın 18-19-da G-8 üzrə nəzərdə tutlmuş sammitin keçiriləcəyi yeri Çikaqodan Kemp-Devidə dəyişdirməklə, NATO üzvü olan dövlətlərin başçılarının görüşünün dərhal Çikaqoda keçirilməsini nəzərdə tutub.
NATO-nun Çikaqo sammitinin əsas statusu

Arzu Nağıyev - Trend-in icmalçısı

ABŞ Prezidenti mayın 18-19-da G-8 üzrə nəzərdə tutlmuş sammitin keçiriləcəyi yeri Çikaqodan Kemp-Devidə dəyişdirməklə, NATO üzvü olan dövlətlərin başçılarının görüşünün dərhal Çikaqoda keçirilməsini nəzərdə tutub.

NATO-nun inkişafında yeni mərhələ başlanır və məlumdur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) bu inkişafın qarşısını ala biləcək maneələrdən biridir. ABŞ, öz növbəsində, Əfqanıstanda təhlükəsizliyi təmin etmək adı altında Əfqanıstan hökuməti ilə 10 il müddətində həyata keçirilməsi nəzərdə tutulan "Yeni Strateji Pakt" adlı müqavilə imzalayıb. Bu müqaviləyə əsasən, ABŞ hökuməti Əfqanıstana hər il 2 milyard dollar ayırmağı nəzərdə tutur.

NATO bununla böyük "ticarət"ə girişir və 2014-cü ildə Əfqanıstanda "Sarsılmaz azadlıq" əməliyyatının uğurla bitəcəyini bəyan etsə də, həqiqətin belə olmadığını dərk edir və istehsalın dayandığını, ölkənin inkişafdan geri qaldığını, Kabildən o yana hakimiyyətin idarəçilik funksiyasını itirdiyini görür. Belə bir vəziyyətdə Mərkəzi Asiya (əlbəttə, Çin və Rusiya) dövlətlərinə NATO qoşunlarının regionda sülh yarada biləcək mütləq qüvvə olduğu aşılanır və bununla "Taliban"ın şimala doğru, yəni Mərkəzi Asiyaya doğru istiqamət götürəcəyi qorxusu gündəmə gətirilir. Məhz buna görə də Mərkəzi Asiya dövlətlərinin liderləri Çikaqo sammitinə dəvətlidirlər.

Artıq məlum olur ki, NATO yaxın on ildə Əfqanıstanı tərk etmək niyyətində deyil.

Belə olan tərzdə onlara öz hərbi bazalarını yerləşdirmək üçün Əfqanıstanla qonşu ölkələrin ərazisi lazımdır. Hərbi texnika, avadanlıq, şəxsi heyətin hər iki istiqamətdə daşınması, yerdəyişməsi zəruri olduğu üçün ABŞ, bütün digər "maneə törədən" amillərdən canını qurtarmaqla "təsir zonası"nı genişləndirməyə çalışacaq. Yəni bu işdə Çin və Rusiya da ABŞ-a mane olur, deməli, bu maneə həm də NATO-ya təsir edir.

Mərkəzi Asiya liderlərini sammitdə "səbirsizliklə" gözləyən Qərb liderləri, xüsusilə də ABŞ liderlərinin əsas məqsədi regionda yeni hərbi obyektlərin yaradılması üçün onlarla razılaşma əldə etmək ümididir. Bu ona görə lazımdır ki, birincisi, Əfqanıstandan çıxarılması nəzərdə tutulan hərbi kontingentin və texniki avadanlığın yerləşdirilməsi, ikincisi isə Əfqanıstanla sərhəd regionları daima nəzarətdə saxlamaq.

Deməli, NATO-nun Çikaqo sammitinin əsas statusu - 2014-cü ildə beynəlxalq koalisiya qüvvələrinin çıxarılmasından sonra Əfqanıstanın taleyi və NATO-nun region dövlətləri ilə münasibətinin bir istiqamətə yönəldilməsidir. Bu isə regionda böyük proseslərin başlanığıcı deməkdir.

Çikaqoda may ayının 20-21-də keçirilməsi nəzərdə tutulan NATO sammitinə Qazaxıstan, Qırğızıstan və Özbəkistan prezidentləri ilk dəfə dəvət edilsələr də, getməyi nəzərdə tutmurlar. Bu barədə məlumatları onların mətbuat xidmətləri də təsdiq edir. Bununla belə, sammitdə xarici işlər nazirlərinin təmsil olunacaqları gözlənilir. Tacikistanın isə hansı səviyyədə iştirak edəcəyi hələlik məlum deyil.

Rusiya Prezidenti isə mayın 18-19-da ABŞ-da keçiriləcək "Böyük səkkizliy"in (G8) sammitində Baş nazirin iştirak edəcəyini və sonradan NATO-nun iclasına qatılacağını bəyan edib.

Xəbər lenti

Xəbər lenti