Azərbaycan, Bakı, 18 may /Trend, müxbirlər A.Tağıyeva, T.Cəfərov/
Tehranda cümə namazından sonra Bəhreyn xalqına dəstək məqsədilə kütləvi mitinq təşkil olunub. Bu barədə Trend IRINN telekanalına istinadən məlumat verir.
Mitinq iştirakçıları bəhreynliləri öz hüquqları uğrunda mübarizəyə və Bəhreynin Səudiyyə Ərəbistanına birləşdirilməsinə yol verməmək üçün öz səs hüquqlarından istifadə etməyə çağırıblar.
Çərşənbə axşamı Bəhreynin və Səudiyyə Ərəbistanının iki dövlətin ittifaqını yaratmaq haqqında qərarına cavab olaraq İran parlamentinin spikeri Əli Laricani bəyan edib ki, bu qərar regionda yeni böhrana yol aça bilər.
Öz növbəsində, İran parlamentinin Zahidandan olan deputatı Əli Şəhriyari bəyan edib ki, Bəhreyn İranın 14-cü vilayətidir və onun Səudiyyə Ərəbistanı ilə deyil, İranla birləşdirilməsi düzgün olardı.