...

İlham Əliyev Yəmən Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Siyasət Materials 22 May 2012 17:05 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Yəmən Prezidenti Abdurabbih Mənsur Hadiyə başsağlığı məktubu ünvanlayıb
İlham Əliyev Yəmən Prezidentinə başsağlığı məktubu ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev Yəmən Prezidenti Abdurabbih Mənsur Hadiyə başsağlığı məktubu ünvanlayıb.

"Hörmətli cənab Prezident, Ölkənizdə törədilmiş amansız terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərinə qarşı qətiyyətlə mübarizə aparılmasına tərəfdar çıxırıq. Baş vermiş faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Yəmən xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!" İlham Əliyev başsağlığı məktubunda deyib.

Xəbər lenti

Xəbər lenti