Azərbaycan, Bakı, 23 may / Trend müxbir K.Zərbalıyeva/
Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Asiya Konstitusiya Məhkəmələrinin beynəlxalq Məhkəmə Konqresində iştirak edir.
Konstitusiya Məhkəməsindən Trend-ə verilən məlumata görə, Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədri Kank-Kuk Linin dəvəti ilə Seul şəhərində rəsmi səfərdədir.
Mayın 24-dək davam edəcək səfərin məqsədi Asiya Konstitusiya Məhkəmələrinin beynəlxalq Məhkəmə Konqresində iştirak etməkdir.
Səfər çərçivəsində, həmçinin Koreya Respublikası Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə məhkəmə-hüquq əməkdaşlığının perspektivləri barədə müzakirələrin aparılması nəzərdə tutulub.