...

Milli Məclis Avropa Parlamentinə etiraz sənədi qəbul edib

Siyasət Materials 29 May 2012 17:48 (UTC +04:00)
Milli Məclis Avropa Parlamentinin mayın 24-də Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etiraz sənədi qəbul edib.
Milli Məclis Avropa Parlamentinə etiraz sənədi qəbul edib

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir M.Əliyev/

Milli Məclis Avropa Parlamentinin mayın 24-də Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etiraz sənədi qəbul edib. Trend-in məlumatına görə, sənədi Milli Məclisin vitse-spikeri Bahar Muradova oxuyub.

Sənəddə qeyd olunub ki, qətnamə Azərbayca Parlamenti tərəfindən təəssüf və narahatlıqla qarşılanır. Qətnamənin təcili olaraq Avropa Parlamentinin 56 deputatının iştirakı ilə qəbul olunması konstruktiv əməkdaşlığımızın ruhuna zidd kimi qiymətləndirilir.

Azərbaycanın demokratiyanın inkişafı məqsədilə məqsədyönlü iş apardığı qeyd olunan sənəddə bildirilir ki, ötən il Azərbaycanla Avropa Parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün Avronest Parlament Assambleyası yaradılıb.

"Lakin qəbul olunan qətnamə Azərbaycanın həmin qurumla əməkdaşlığını faydasız edir", - etiraz sənədində deyilir.

Qeyd olunur ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycana qarşı yönəlmiş və qərəzli akt kimi qiymətləndirilsin.

Azərbaycan Milli Məclisinin etirazı qətnamənin qəbul olunmasında iştirak etməyən deputatlara ünvanlanacaq.

Sənədi vitse-spiker Bahar Muradova, deputatlar Rəbiyyət Aslanova, Azay Quliyev, Sahibə Qafarova, Fəzail İbrahimli və Fərəc Quliyevin daxil olduğu komissiya hazırlayıb.

Xəbər lenti

Xəbər lenti