Azərbaycan, Bakı, 31 may /Trend, müxbirlər E.Tarıverdiyeva, T.Cəfərov/
ABŞ dünyada bütün hərbi bazalarını bağlamalıdır. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı İranın "Bəsic" silahlı qüvvələrinin komandanı, briqada generalı Məhəmməd Rza Nəqdi bildirib.
O, həmçinin bəyan edib ki, ABŞ hərbi gəmilərini geri çağırmağa və üzr istəməyə məcbur olacaq.
"ABŞ qoşunları İraqı tərk etdikdən sonra onlar İsraili müdafiə edə biləcək regionun digər ölkəsinə ehtiyac duyurlar. Nəticədə, Suriya belə ölkə qismində seçilib, lakin Suriya xalqı təzyiqə mərdliklə dözür", - Nəqdi qeyd edib.
Generalın sözlərinə görə, ABŞ tam dərk edir ki, İranın nüvə proqramı dinc xarakter daşıyır.