...

Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Siyasət Materials 4 İyun 2012 16:52 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşüb.
Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşüb.

XİN-in mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, qonağı salamlayan nazir Məmmədyarov Azərbaycanla İƏT arasındakı geniş və dərin münasibətlərin olduğunu qeyd edərək, Azərbaycanın İslam ümmətinin bir hissəsi olduğunu vurğulayıb.

Öz növbəsində, İƏT-in baş katibi Azərbaycan-İƏT münasibətlərinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın İƏT daxilində böyük və əhəmiyyətli rolundan söhbət açıb.

Görüş zamanı tərəflər son zamanlar dünyada artmaqda olan islamofobiya məsələsi ilə bağlı ciddi narahatlıqlarını bölüşüb və bununla mübarizə aparılması istiqamətində müştərək tədbirlərin görülməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin İslam dünyasının üzləşdiyi problemlər, Azərbaycanın dünyada təhlükəsizliyin bərpasında rolu və Əfqanıstanda sülhə verdiyi töhfə haqqında fikir mübadiləsi aparılıb, Azərbaycanla İƏT arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələsinə dair müzakirələrin aparılacağı qeyd olunub.

Xəbər lenti

Xəbər lenti